“Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1392-VQD nömrəli Qanununun tətbiqi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919 – 2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1392-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919 – 2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919 – 2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. Azərbaycan Respublikasının 2018-ci il 18 dekabr tarixli 1392-VQD nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919 – 2019)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Əsasnamənin 1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti nəzərdə tutulur.

4. “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919 – 2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisinə verilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2018-ci il.

26 декабря 2018, 08:12

http://www.azertag.az

651—660 из 3607

15 мая 2020, 09:05

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения водой приусадебных участков и посевных площадей в Гусарском районе   подробно...

15 мая 2020, 09:05

Распоряжение Президента Азербайджанской Республики О проведении 90-летия Азербайджанского медицинского университета   подробно...

15 мая 2020, 09:05

Распоряжение Президента Азербайджанской Республики О назначении Т.Г.Пириева исполнительным директором Фонда страхования вкладов   подробно...

14 мая 2020, 09:05

Распоряжение Президента Азербайджанской Республики О назначении А.Б.Годжаева главой Исполнительной власти Кяльбаджарского района   подробно...

14 мая 2020, 09:05

Распоряжение Президента Азербайджанской Республики О расширении территории Гаджигабульского промышленного квартала   подробно...

8 мая 2020, 09:05

Распоряжение Президента Азербайджанской Республики О предоставлении деятелям культуры Азербайджана персональной пенсии Президента Азербайджанской Республики   подробно...

8 мая 2020, 09:05

Распоряжение Президента Азербайджанской Республики О предоставлении деятелям культуры Азербайджана премий Президента Азербайджанской Республики   подробно...

5 мая 2020, 18:05

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству и ремонту учебных заведений в городе Баку и его поселках   подробно...

30 апреля 2020, 20:04

Распоряжение Президента Азербайджанской Республики Об освобождении М.Г.Гулиева от должности главы Исполнительной власти Билясуварского района   подробно...

30 апреля 2020, 20:04

Распоряжение Президента Азербайджанской Республики О мерах по усилению технического обеспечения аграрного сектора   подробно...