"Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 159

Bakı şəhəri, 20 may 2014-cü il

"Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 "Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 6 mart tarixli 314 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 555; 2005, № 11, maddə 1065; 2006, № 12, maddə 1161; 2007, № 7, maddələr 737, 738; 2008, № 1, maddə 36, № 2, maddə 104, № 6, maddələr 582, 584, 586, № 7, maddələr 680, 681, 682; 2009, № 7, maddə 609, № 10, maddə 848; 2010, № 6, maddə 566, № 7, maddə 704, № 8, maddə 760; 2012, № 3, maddə 264, № 6, maddə 636; 2013, № 3, maddə 338, № 4, maddə 440, № 6, maddə 727, № 10, maddələr 1201, 1213; 2014, № 1, maddə 57) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nın "Arxeoloji abidələr" bölməsinin "Xəzər rayonu" hissəsinin 496 - 499-cu bəndləri ləğv edilsin və "Pirallahı rayonu" hissəsinə aşağıdakı məzmunda 554-2-ci - 554-5-ci bəndlər əlavə edilsin:

 

554-2.

 

Yaşayış yeri

XII-XIV əsrlər

Gürgən qəsəbəsi, köhnə mayakdan 500 metr şimalda

554-3.

Kurqanlar nekropolu

e.ə.III-I minilliklər

Gürgən qəsəbəsi, köhnə mayakdan 500 metr şimal-qərbdə

554-4.

Yaşayış yeri

XII-XIV əsrlər

Gürgən qəsəbəsi, dambadan 30 metr qərbdə

554-5.

Yaşayış yeri

e.ə.II-I minilliklər

Gürgən qəsəbəsi

 Azərbaycan Respublikasının Baş naziri   Artur Rasi-zadə

5 июня 2014, 14:06

http://cabmin.gov.az/

1771—1780 из 3607

14 августа 2017, 09:08

О награждении А.З.Нематова орденом «За службу Отечеству» 2-й степени   подробно...

11 августа 2017, 09:08

Об утверждении «Государственной программы по развитию табаководства в Азербайджанской Республике на 2017-2021 годы»   подробно...

7 августа 2017, 10:08

О дополнительных мерах по продолжению проекта реконструкции систем водоснабжения и канализации города Гах   подробно...

7 августа 2017, 10:08

О дополнительных мерах по капитальному ремонту многоквартирных зданий и продолжению работ по благоустройству и созиданию в городе Загатала   подробно...

7 августа 2017, 10:08

О мерах по строительству автомобильной дороги Алиабад-Муганлы-Фалдарлы-Гандах-Енгийан-Алиабад Загатальского района   подробно...

7 августа 2017, 10:08

О мерах по строительству нового здания Детской школы искусств в городе Балакен   подробно...

7 августа 2017, 10:08

О мерах по строительству автомобильной дороги Балакен-Газбина-Ититала Балакенского района   подробно...

3 августа 2017, 10:08

О дополнительных мерах по обеспечению деятельности Нового Бакинского международного морского торгового порта   подробно...

3 августа 2017, 09:08

О дополнительных мерах по ускорению строительства комплекса Нового Бакинского международного морского торгового порта   подробно...

3 августа 2017, 09:08

О присвоении почетного звания «Шехид 20 Января»   подробно...