“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1302-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1302-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2018-ci il.
26 декабря 2018, 08:1216 февраля 2015, 09:02
Члену Международного олимпийского комитета, Почетному президенту Олимпийского комитета России Виталию Георгиевичу Смирнову подробно...
13 февраля 2015, 09:02
О награждении медалью «За военные заслуги» группы военнослужащих Государственной службы Азербайджанской Республики по мобилизации и призыву на военную службу подробно...
13 февраля 2015, 09:02
О присвоении военнослужащим Государственной службы Азербайджанской Республики по мобилизации и призыву на военную службу высшего воинского звания «генерал-майор» подробно...
12 февраля 2015, 09:02
О создании Закрытого акционерного общества «AzerGold» подробно...
12 февраля 2015, 09:02
О проведении 80-летнего юбилея Васифа Адыгезалова подробно...
11 февраля 2015, 14:02
Об Открытом акционерном обществе «Азеришыг» подробно...
11 февраля 2015, 14:02
Об утверждении «Государственной программы по борьбе с талассемией на 2015-2020 годы» подробно...
11 февраля 2015, 14:02
О назначении Б.Г.Рзаева председателем Открытого акционерного общества «Азеришыг» подробно...
10 февраля 2015, 09:02
Об освобождении Д.Г.Гурбанова от должности председателя Открытого акционерного общества «Азерйолсервис» подробно...
10 февраля 2015, 09:02
О назначении Д.Г.Гурбанова председателем Закрытого акционерного общества «Азербайджан Демир Йоллары» подробно...