“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 887-VQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 10, maddə 583; 2004, № 1, maddə 10; 2005, № 4, maddə 278, № 6, maddə 469; 2006, № 11, maddə 932, № 12, maddə 1005; 2007, № 6, maddə 560, № 8, maddə 749, № 11, maddə 1053; 2009, № 6, maddə 394; 2010, № 7, maddə 600; 2011, № 2, maddə 70; 2015, № 4, maddə 354; 2016, № 12, maddə 1987; 2018, № 2, maddə 153, № 6, maddə 1167) aşağıdakı məzmunda 40.2.2-1-ci və 40.3-cü maddələr əlavə edilsin:
“40.2.2-1. tütün məmulatlarını və tütün istifadəsi prosesini nümayiş etdirməmək, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin nümayiş etdirildiyi əsərləri, tamaşaları, proqramları efirdə, kabel yayımı vasitəsilə açıq yayımlamamaq;
40.3. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq teleradio yayımçıları tütündən istifadənin və sağlamlığa zərər vuran digər vərdişlərin mənfi təsiri barədə müvafiq icra hakimiyyəti orqanlarının, elm müəssisələrinin və qeyri-hökumət təşkilatlarının dəstəyi ilə xəbərdaredici, maarifləndirici və tərbiyəvi mövzuda verilişlər hazırlayır və bu mövzulara ayda 90 dəqiqədən az olmayan efir vaxtı ayırırlar. Bu verilişlərin 45 dəqiqəsi saat 17.30 - 23.00 arasında olmaqla, saat 08.00 - 23.00 arasında yayımlanır və verilişlərin surəti hər ay Milli Televiziya və Radio Şurasına təhvil verilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 noyabr 2018-ci il.
11 декабря 2018, 08:1230 мая 2014, 09:05
О мерах по строительству автомобильной дороги Шоркенд-Бешталы-Банкя-Ширванлы Нефтчалинского района подробно...
29 мая 2014, 13:05
Ограничена возможность получения российского гражданства подробно...
29 мая 2014, 09:05
О присуждении Государственных премий Азербайджанской Республики в области науки, культуры и литературы за 2014 год подробно...
27 мая 2014, 13:05
Счётная палата проведёт проверку Министерства налогов подробно...
27 мая 2014, 12:05
Паромный терминал Бакинского торгового порта будет перенесён в Алят за летние месяцы подробно...
27 мая 2014, 09:05
О помиловании ряда осужденных лиц подробно...
26 мая 2014, 16:05
IOTA меняет формат деятельности подробно...
26 мая 2014, 12:05
Азербайджан и OECD договорились о взаимной административной помощи по налоговым вопросам подробно...
26 мая 2014, 11:05
Главы МИД Азербайджана, Турции и Туркменистана встретятся сегодня в Баку подробно...
26 мая 2014, 10:05
О награждении орденом «Шохрат» И.Д.Абасова подробно...