Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nın və “Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 15 may tarixli 72 nömrəli Fərmanında və “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 2018-ci il 24 avqust tarixli 424 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1198-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61, № 7, maddə 533, № 10, maddə 780, № 12, maddə 983; 2010, № 2, maddələr 77, 80; 2011, № 2, maddə 85; 2015, № 2, maddə 108, № 9, maddə 988; 2016, № 9, maddə 1479; 2017, № 5, maddə 771, № 6, maddə 1081; 2018, № 1, maddə 47, № 3, maddə 450, № 5, maddə 912) aşağıdakı dəyişikliklər edilsin:
1.1. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.33-cü bəndində “vahid xəzinə hesabında olan vəsaitin qalığının (sərbəst qalığın) idarə etməyə” sözləri “vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə” sözləri ilə əvəz edilsin;
1.2. həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi haqqında Əsasnamə”nin 1-ci hissəsində, 7.2-ci və 8.13-cü bəndlərində “vahid xəzinə hesabında olan vəsaitin qalığını (sərbəst qalığı)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığını” sözləri ilə, 8.14-cü bənddə isə “dövlət büdcəsinin vahid xəzinə hesabında olan vəsait qalığının (sərbəst qalığın)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığının” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 may tarixli 72 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 5, maddə 940) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.0.6-cı yarımbənddə “dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı" sözləri “vahid xəzinə hesabının qalığı” sözləri ilə, həmin Qaydaya 6 nömrəli əlavənin adında “Dövlət büdcəsinin vahid xəzinə hesabında qalığı” sözləri isə “Vahid xəzinə hesabının qalığı” sözləri ilə əvəz edilsin;
2.2. 2.0.7-ci yarımbənddən və 14 nömrəli əlavənin 1.3-cü bəndindən “dövlət büdcəsinin” sözləri çıxarılsın;
2.3. həmin Qaydaya 7 nömrəli əlavənin adında “Dövlət büdcəsinin vahid” sözləri “Vahid” sözü ilə əvəz edilsin;
2.4. 2.0.8-ci yarımbənddə və həmin Qaydaya 8 nömrəli əlavənin adında “vahid xəzinə hesabında olan vəsaitin qalığı (sərbəst qalıq)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığı” sözləri ilə əvəz edilsin.
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 424 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1758) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın 2.2-ci bəndinin ikinci abzasında “vahid xəzinə hesabında olan vəsaitin qalığını (sərbəst qalıq)” sözləri “vahid xəzinə hesabının sərbəst qalığını” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 dekabr 2018-ci il.
11 декабря 2018, 08:1230 августа 2016, 09:08
О дополнительных мерах по строительству автомобильной дороги Лиман-Нариманабад-Балыгчылар Лянкяранского района подробно...
29 августа 2016, 09:08
О дополнительных мерах по строительству автомобильной дороги Саатлы-Сарыджалар-Гара Нуру-Ширинбейли-Фаталикенд-Азадкенд Саатлинского района подробно...
26 августа 2016, 09:08
О дополнительных мерах по строительству автомобильной дороги Суговушан-Гаралар-Гафарли-Ахмедабад-Нариманкенд-Хашимханлы Сабирабадского района подробно...
25 августа 2016, 09:08
О дополнительных мерах по строительству автомобильной дороги Синджан-Хачмаз-Фильфили Огузского района подробно...
24 августа 2016, 09:08
О дополнительных мерах по строительству автомобильных дорог Рустов-Ханегях-Гюрдех, Рустов-Нойдюн-Шудуг, Рустов-Маджкахаджа, Рустов-Бахчалы-Екдар Губинского района подробно...
23 августа 2016, 09:08
О дополнительных мерах по строительству автомобильной дороги Алатамир-Марсан-Тасмалы-Заям-Лелели Гахского района подробно...
23 августа 2016, 09:08
О присвоении Р.З.Абдурахманову высшего воинского звания генерал-майора подробно...
23 августа 2016, 09:08
О присвоении А.И.Исмайлову почетного звания «Заслуженный инженер» подробно...
23 августа 2016, 09:08
О награждении военнослужащих Особой службы государственной охраны Азербайджанской Республики подробно...
22 августа 2016, 09:08
О дополнительных мерах по строительству автомобильной дороги между поселками Биринджи и Он биринджи Гайыдыш Физулинского района подробно...