Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 152
Bakı şəhəri, 16 may 2014-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 155 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə
"Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 822-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 63 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 155 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 681; 2002, № 3, maddə 148; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 9, maddə 752; 2010, № 3, maddə 255) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Apellyasiya şurası haqqında Əsasnamə"nin 10.3-cü bəndinin ikinci abzasında "qanunvericiliyinə uyğun məhkəmə qaydasında" sözləri "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
5 июня 2014, 14:0618 августа 2015, 10:08
О присвоении военнослужащим Государственной пограничной службы Азербайджанской Республики высших воинских званий подробно...
6 августа 2015, 09:08
О дополнительных мерах по усилению пропаганды религиозной культуры, толерантности, межрелигиозного и межкультурного диалога в Азербайджане подробно...
4 августа 2015, 09:08
О реконструкции здания Азербайджанского государственного драматического театра, функционирующего в городе Дербент подробно...
29 июля 2015, 09:07
О дополнительных мерах по строительству автомобильной дороги Гусар-Имамгулукенд-Гухуроба Гусарского района подробно...
28 июля 2015, 09:07
О дополнительных мерах по строительству автомобильной дороги Синджан-Хачмаз-Филфили Огузского района подробно...
27 июля 2015, 09:07
О создании Мингячевирского государственного университета подробно...
27 июля 2015, 09:07
О создании Организационного комитета в связи с проведением в городе Баку 7-го Глобального форума Альянса цивилизаций Организации Объединенных Наций подробно...
27 июля 2015, 09:07
О проведении в городе Баку 12-й генеральной конференции и 35-го заседания Исполнительного совета Исламской организации образования, науки и культуры подробно...
27 июля 2015, 09:07
О назначении Ч.М.Алиева ректором Азербайджанской государственной морской академии подробно...
24 июля 2015, 09:07
Об установлении вознаграждения за высокие результаты для спортсменов Азербайджанской Республики и их тренеров на проводимой в городе Кванджу Южной Кореи XXVIII Всемирной летней Универсиаде студентов подробно...