Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Mülki Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4, I kitab, maddə 250, № 5, maddə 323; 2002, № 12, maddə 709; 2003, № 8, maddə 420; 2004, № 3, maddə 123, № 5, maddə 318, № 6, maddə 415, № 10, maddə 761, № 11, maddə 901; 2005, № 2, maddə 61, № 6, maddə 466, № 8, maddələr 684, 692, 693, № 11, maddə 996, № 12, maddə 1085; 2006, № 2, maddə 68, № 3, maddə 225, № 5, maddə 387, № 6, maddə 478, № 8, maddə 657, № 12, maddə 1005; 2007, № 2, maddə 80, № 6, maddə 560, № 8, maddə 745, № 10, maddə 937, № 11, maddə 1053, № 12, maddələr 1215, 1219; 2008, № 3, maddə 145, № 6, maddə 456, № 7, maddə 602, № 12, maddə 1049; 2009, № 2, maddə 47, № 5, maddə 295, № 6, maddə 404, № 7, maddə 517; 2010, № 2, maddə 75, № 3, maddə 171, № 4, maddələr 265, 266, 276; 2011, № 2, maddə 71, № 7, maddə 586, № 8, maddə 750, № 12, maddələr 1073, 1102; 2012, № 1, maddə 5, № 5, maddə 403, № 6, maddə 498; 2013, № 1, maddə 15, № 6, maddə 620, № 11, maddə 1280, № 12, maddələr 1469, 1478; 2014, № 2, maddə 96, № 7, maddə 768; 2015, № 3, maddə 254, № 5, maddə 512, № 7, maddə 814, № 10, maddə 1093; 2016, № 1, maddə 26, № 2, I kitab, maddələr 186, 204, № 3, maddə 401, № 4, maddələr 640, 646, № 6, maddə 1005, № 7, maddə 1248, № 12, maddələr 1998, 2018; 2017, № 2, maddələr 151, 153, № 4, maddə 524, № 5, maddələr 703, 735, № 6, maddə 1035, № 11, maddə 1953, № 12, I kitab, maddələr 2210, 2234, 2239; 2018, № 2, maddə 142, № 4, maddə 650, № 5, maddələr 845, 851) aşağıdakı dəyişikliklər edilsin:
1. 987.1-ci maddənin ikinci cümləsinə “buraxmış” sözündən sonra “, tərtib etmiş” sözləri əlavə edilsin.
2. 992-ci maddəyə “investisiya fond payı” sözlərindən sonra “və daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı” sözləri əlavə edilsin.
3. 993.1-ci maddənin birinci cümləsində “Sənədsiz” sözü “Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz” sözləri ilə əvəz edilsin.
4. 993.3-cü maddədə “sənədsiz qiymətli kağızı” sözləri “daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz qiymətli kağızları” sözləri ilə əvəz edilsin.
5. 996.1-ci maddənin birinci cümləsində “Sənədsiz” sözü “Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz” sözləri ilə əvəz edilsin və ikinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər sənədsiz qiymətli kağızlara tətbiq edilmir.”.
6. Aşağıdakı məzmunda 996.2-1-ci maddə əlavə edilsin:
“996.2-1. İpoteka kağızına mülkiyyət hüququnun yaranması, ipoteka kağızının dövlət qeydiyyatı, ipoteka kağızı üzrə hüquqların ötürülməsi (tədavülü) və ipoteka kağızına xitam verilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı yalnız elektron sənəd formasında tərtib olunur. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı üzrə hüquqlar bu Məcəllənin 1078-20.11-ci maddəsi ilə müəyyən edilmiş tələblərin elektron qaydada təmin edilməsi yolu ilə ötürülür.”.
7. Aşağıdakı məzmunda 1078-2.2-1-ci maddə əlavə edilsin:
“1078-2.2-1. Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı mülkiyyətçisinə ipoteka müqaviləsində göstərilən, daşınmaz əmlakın ipotekası ilə təmin edilən başqa sübut və dəlillər təqdim etmədən pul və başqa öhdəliklərin mövcudluğunu və bu öhdəliklər üzrə icranın tələb edilməsi hüququnu və daşınmaz əmlakın ipotekası haqqında müqavilədə göstərilən ipoteka hüququnu təsdiq edən sənədsiz adlı qiymətli kağızdır.”.
8. 1078-2.4-cü maddədə “Əmlakın” sözü “Bu Məcəllənin 996.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əmlakın” sözləri ilə əvəz edilsin.
9. 1078-2.6-cı maddədə “girov kağızında və ya ipoteka kağızında yazdığı” sözləri “girov kağızı və ya ipoteka kağızı üzrə” sözləri ilə əvəz edilsin.
10. 1078-2.9-cu maddəyə “ipoteka kağızına” sözlərindən sonra “(daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla)” sözləri əlavə edilsin.
11. 1078-20.9-cu maddənin birinci cümləsinə və 1078-21.7-ci maddəyə “ipoteka” sözündən sonra “(daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla)” sözləri və həmin maddələrin sonuna müvafiq olaraq aşağıdakı məzmunda cümlə əlavə edilsin:
“Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı üzrə hüquqların ötürülməsi bu Məcəllənin 996.2-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.”.
12. 1078-20.11-ci maddədə “İndossament” sözü “Bu Məcəllənin 996.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, indossament” sözləri ilə əvəz edilsin.
13. 1078-21.4-cü və 1078-22.2-ci maddələrdə “Sənədsiz” sözü “Bu Məcəllənin 996.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, digər sənədsiz” sözləri ilə əvəz edilsin.
14. 1078-23.5-ci maddədə “ipoteka kağızının” sözlərindən sonra “(daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla)” sözləri əlavə edilsin.
15. 1078-27.2-ci maddədə “Dövlət” sözü “Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla, digər dövlət” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 oktyabr 2018-ci il.
5 декабря 2018, 08:123 апреля 2019, 08:04
Распоряжение Президента Азербайджанской Республики Об упрощении визовых процедур для иностранцев и лиц без гражданства, которые приедут в Азербайджанскую Республику в связи с участием в 43-й сессии Комитета всемирного наследия ЮНЕСКО подробно...
2 апреля 2019, 08:04
Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Бахрамтепе-Гебектала-Мухаммедли-Имишли-Джафарли-Оруджлу-Агамамедли Имишлинского района подробно...
2 апреля 2019, 08:04
Распоряжение Президента Азербайджанской Республики О проведении 100-летнего юбилея Солтана Гаджибекова подробно...
29 марта 2019, 08:03
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах в связи с продолжением работ по реконструкции автомобильных дорог на территории Наримановского района города Баку подробно...
29 марта 2019, 08:03
Распоряжение Президента Азербайджанской Республики О награждении Ш.Г.Ханбабаева орденом «Эмек» 1-й степени подробно...
29 марта 2019, 08:03
Распоряжение Президента Азербайджанской Республики О создании Комиссии в связи с пожаром в торговом центре «Диглас» на территории Низаминского района города Баку подробно...
28 марта 2019, 08:03
Распоряжение Президента Азербайджанской Республики О присвоении О. С. Султанову высшего воинского звания генерал-лейтенанта подробно...
28 марта 2019, 08:03
Распоряжение Президента Азербайджанской Республики О награждении А.А. Мустафазаде орденом «Эмек» 2-й степени подробно...
28 марта 2019, 08:03
Распоряжение Президента Азербайджанской Республики О присвоении Т. Э. Джафаровой почетного звания «Заслуженный учитель» подробно...
28 марта 2019, 08:03
Распоряжение Президента Азербайджанской Республики О присвоении высших воинских званий военнослужащим Службы государственной безопасности Азербайджанской Республики подробно...