Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş "Patent müvəkkilləri haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 151

Bakı şəhəri, 16 may 2014-cü il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş "Patent müvəkkilləri haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

   "Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 822-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 63 nömrəli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 fevral tarixli 21 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 119; 2002, № 3, maddə 148; 2004, № 3, maddə 193; 2009, № 1, maddə 32, № 9, maddə 752; 2010, № 3, maddə 255) ilə təsdiq edilmiş "Patent müvəkkilləri haqqında Əsasnamə"nin 6.7-ci bəndinin ikinci abzasında "Apellyasiya şurasının qərarından qüvvədə olan qanunvericiliyə uyğun" sözləri "Apellyasiya şurasının qərarından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada" sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

5 июня 2014, 14:06

http://cabmin.gov.az/

2981—2990 из 3607

3 октября 2014, 16:10

Министр налогов Азербайджана создал отдел по решению организационных вопросов   подробно...

3 октября 2014, 09:10

Президенту Республики Корея Ее превосходительству госпоже Пак Кын Хе   подробно...

3 октября 2014, 09:10

Президенту Федеративной Республики Германия Его превосходительству господину Йоахиму Гауку   подробно...

2 октября 2014, 17:10

В Азербайджане будут разработаны профессиональные стандарты учителей   подробно...

2 октября 2014, 16:10

Министерство труда обещает помочь добросовестным работодателям, не успевшим зарегистрироваться в системе уведомления о работниках   подробно...

2 октября 2014, 09:10

Поздравление азербайджанскому народу по случаю Гурбан байрамы   подробно...

1 октября 2014, 09:10

О присвоении почетных званий работникам образования Азербайджанской Республики   подробно...

1 октября 2014, 09:10

О награждении медалью «Терегги» работников образования Азербайджанской Республики   подробно...

1 октября 2014, 09:10

Президенту Исламской Республики Афганистан Его превосходительству господину Ашрафу Гани Ахмадзаю   подробно...

1 октября 2014, 09:10

Председателю Китайской Народной Республики Его превосходительству господину Си Цзиньпину   подробно...