Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (II kitab), maddə 251, № 5, maddə 323, № 12, maddə 835; 2001, № 1, maddə 24, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 236, 248, 258, № 6, maddə 326, № 8, maddə 465; 2003, № 6, maddələr 276, 279, № 8, maddələr 424, 425, № 12 (I kitab), maddə 676; 2004, № 1, maddə 10, № 4, maddə 200, № 5, maddə 321, № 8, maddə 598, № 10, maddə 762, № 11, maddə 900; 2005, № 1, maddə 3, № 6, maddə 462, № 7, maddə 575, № 10, maddə 904, № 11, maddə 994; 2006, № 2, maddələr 71, 72, 75, № 5, maddə 390, № 12, maddələr 1008, 1020, 1028; 2007, № 2, maddə 68, № 5, maddə 398, № 6, maddələr 560, 562, 579, № 8, maddə 757, № 10, maddələr 937, 941, № 11, maddələr 1049, 1080, 1090, № 12, maddə 1221; 2008, № 6, maddələr 454, 461, № 7, maddə 602, № 10, maddə 884, № 12, maddələr 1047, 1049; 2009, № 5, maddə 315, № 7, maddə 517, № 12, maddə 953; 2010, № 2, maddə 70, № 3, maddələr 171, 178, № 4, maddələr 275, 276, № 7, maddə 591; 2011, № 4, maddə 253, № 5, maddə 472, № 7, maddələr 587, 601, 621, № 11, maddə 980, № 12, maddə 1093; 2012, № 2, maddə 45, № 3, maddələr 193, 196, № 7, maddələr 666, 669, 673, № 11, maddə 1068, № 12, maddə 1223; 2013, № 1, maddə 14, № 2, maddə 102, № 4, maddə 364, № 5, maddələr 459, 479, 481, № 6, maddələr 594, 600, № 11, maddələr 1264, 1286, 1312, № 12, maddə 1492; 2014, № 2, maddələr 89, 95, № 4, maddə 327, № 6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368, № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692, № 11, maddələr 1253, 1268, 1289, 1298, № 12, maddələr 1437, 1445; 2016, № 4, maddələr 634, 636, 638, 653, № 5, maddə 845, № 6, maddələr 993, 1001, № 12, maddələr 1983, 1999, 2008, 2019, 2038, 2048; 2017, № 2, maddə 161, № 3, maddə 330, № 5, maddələr 694, 697, 700, 702, 733, № 7, maddələr 1268, 1271, 1293, № 11, maddələr 1968, 1978, № 12 (I kitab), maddə 2231; 2018, № 3, maddə 403, № 5, maddə 861, № 6, maddə 1154, № 7 (I kitab), maddə 1441; Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1272-VQD nömrəli Qanunu) 255-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Maddənin mətni 255.1-ci maddə hesab edilsin və sanksiyasında “üç min manatdan altı” sözləri “altı min manatdan on” sözləri ilə əvəz edilsin, “məhdudlaşdırılması” sözündən sonra “və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 255.2-ci maddə əlavə edilsin:

“255.2. Bu Məcəllənin 255.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda –

cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il.

19 ноября 2018, 08:11

http://www.azertag.az

3311—3320 из 3607

30 апреля 2014, 16:04

Отданы приказы по усилению боеспособности и дисциплины в частях и соединениях Вооружённых сил Азербайджана   подробно...

30 апреля 2014, 13:04

Министерство налогов Азербайджана предупредило пользователей системы электронной торговли   подробно...

29 апреля 2014, 16:04

Страховые брокеры должны страховать свою профессиональную ответственность на сумму до 1 млн. манатов   подробно...

29 апреля 2014, 16:04

Презентованы первичные работы по созданию археологического парка Гёйтепе   подробно...

29 апреля 2014, 10:04

Азербайджан будет использовать южные регионы для развития культурного туризма   подробно...

29 апреля 2014, 10:04

Министр финансов Азербайджана утвердил процедуры консолидации страховых компаний   подробно...

28 апреля 2014, 17:04

Счётная палата проверит Holcim   подробно...

28 апреля 2014, 16:04

Глава МИД Азербайджана примет участие в заседании Вышеградской четвёрки   подробно...

28 апреля 2014, 14:04

В Азербайджане объявлен повторный инвестиционный конкурс на акции переработчика хлопка в Билясуваре   подробно...

28 апреля 2014, 12:04

Латвия и Германия помогут создать в Азербайджане частные пенсионные фонды   подробно...