“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1300-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1300-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 noyabr 2018-ci il.

19 ноября 2018, 08:11

http://www.azertag.az

2601—2610 из 3607

7 октября 2015, 08:10

О присвоении Г.Э.Эфендиевой дипломатического ранга чрезвычайного и полномочного посланника второго класса   подробно...

6 октября 2015, 09:10

О назначении Д.Коко почетным консулом Азербайджанской Республики в городе Катания Итальянской Республики   подробно...

6 октября 2015, 09:10

О назначении А.С.Шукюрова чрезвычайным и полномочным послом Азербайджанской Республики в Ливанской Республике   подробно...

5 октября 2015, 09:10

О присвоении почетного звания «Заслуженный учитель» работникам образования Азербайджанской Республики»   подробно...

5 октября 2015, 09:10

О награждении медалью «Терегги» работников образования Азербайджанской Республики»   подробно...

5 октября 2015, 09:10

О награждении Х.Х.Мирзазаде «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

1 октября 2015, 09:10

О назначении С.С.Сеидовой судьей Бакинского апелляционного суда   подробно...

1 октября 2015, 09:10

О присвоении высших специальных званий сотрудникам Прокуратуры Азербайджанской Республики   подробно...

1 октября 2015, 09:10

О награждении группы сотрудников Прокуратуры Азербайджанской Республики   подробно...

30 сентября 2015, 09:09

О проведении 160-летнего юбилея генерала Самед бека Мехмандарова   подробно...