“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1304-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1304-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 noyabr 2018-ci il.
19 ноября 2018, 08:111 августа 2014, 09:08
О дополнительных мерах по строительству автомобильной дороги Алар-Тезекенд-Учтепе-Алигасымлы-Джафарханлы Джалилабадского района подробно...
31 июля 2014, 15:07
Резких изменений налогового режима не будет – источник в правительстве Азербайджана подробно...
31 июля 2014, 14:07
Азербайджан не планирует вводить налог с продаж подробно...
31 июля 2014, 09:07
О строительстве нового административного здания Государственной миграционной службы Азербайджанской Республики подробно...
30 июля 2014, 11:07
Запросы фермеров на субсидирование поставок топлива частично отклонены в Азербайджане подробно...
25 июля 2014, 13:07
В Азербайджане учителей будут готовить по программам обучения нового поколения подробно...
24 июля 2014, 10:07
Президент Азербайджана принял спецпредставителя ЕС по Южному Кавказу подробно...
24 июля 2014, 09:07
О мерах по строительству автомобильной дороги магистраль Баку-Губа – поселок Шураабад Хызинского района подробно...
24 июля 2014, 09:07
О дополнительных мерах по ускорению социально-экономического развития Хызинского района подробно...
23 июля 2014, 09:07
О предоставлении М.А.Багирову персональной пенсии Президента Азербайджанской Республики подробно...