“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1233-VKQD nömrəli Konstitusiya Qanununun tətbiqi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 oktyabr tarixli 1233-VKQD nömrəli Konstitusiya Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Konstitusiya Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Konstitusiya Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Konstitusiya Qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Konstitusiya Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2018-ci il.

13 ноября 2018, 08:11

http://www.azertag.az

1801—1810 из 3607

17 июля 2017, 10:07

О награждении Э.T.Сулеймановой орденом «Шараф»   подробно...

17 июля 2017, 10:07

Об утверждении «Государственной программы развития сельскохозяйственной кооперации в Азербайджанской Республике на 2017-2022 годы»   подробно...

14 июля 2017, 10:07

О предоставлении Н.А. Ахмедову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

14 июля 2017, 10:07

О награждении А.А. Мамедова орденом «Шохрат»   подробно...

14 июля 2017, 10:07

О награждении сотрудников Государственного комитета Азербайджанской Республики по работе с диаспорой   подробно...

14 июля 2017, 10:07

Об утверждении «Государственной программы по развитию хлопководства в Азербайджанской Республике на 2017-2022 годы»   подробно...

14 июля 2017, 10:07

О присвоении Н.А.Гурбанову почетного звания «Заслуженный государственный служащий»   подробно...

14 июля 2017, 10:07

О награждении С.А.Исмайлова орденом «Шохрат»   подробно...

13 июля 2017, 10:07

О назначении Т.Х.Зейналабдина почетным консулом Азербайджанской Республики в Республике Судан   подробно...

13 июля 2017, 10:07

О награждении сотрудников органов дипломатической службы Азербайджанской Республики   подробно...