“Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1268-VQD nömrəli Qanununun tətbiqi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1268-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2018-ci il.

13 ноября 2018, 08:11

http://www.azertag.az

2261—2270 из 3607

13 мая 2016, 09:05

О дополнительных мерах по продолжению реконструкции на внутренних автомобильных дорогах Низаминского района города Баку   подробно...

10 мая 2016, 09:05

О назначении Р.А.Агаева судьей Ширванского апелляционного суда   подробно...

10 мая 2016, 09:05

О назначении судей Верховного суда Азербайджанской Республики   подробно...

10 мая 2016, 09:05

О дополнительных мерах по повышению государственной заботы о ветеранах войны в Азербайджанской Республике   подробно...

10 мая 2016, 09:05

О предоставлении деятелям искусств премий Президента Азербайджанской Республики   подробно...

10 мая 2016, 09:05

О предоставлении персональных пенсий Президента Азербайджанской Республики деятелям культуры Азербайджана   подробно...

10 мая 2016, 09:05

О назначении А.А.Мамедова директором Государственной администрации гражданской авиации Азербайджанской Республики   подробно...

10 мая 2016, 09:05

О мерах по строительству Геранбойской районной центральной больницы   подробно...

6 мая 2016, 09:05

О создании Открытого акционерного общества «Азерхалча»   подробно...

6 мая 2016, 09:05

Об освобождении Ю.А.Мамедова от должности ректора Азербайджанского государственного педагогического университета   подробно...