"Miqrasiya orqanları işçisinin və onun ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nın və "Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası"nın təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 140

Bakı şəhəri, 12 may 2014-cü il

 "Miqrasiya orqanları işçisinin və onun ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nın və "Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası"nın təsdiq edilməsi barədə

 "Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 795-IVQD nömrəli Qanununun tətbiqi və "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 51 nömrəli Fərmanının 1.3-cü və 1.4-cü bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Miqrasiya orqanları işçisinin və onun ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası" təsdiq edilsin (1 nömrəli əlavə).

2. "Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi Qaydası" təsdiq edilsin (2 nömrəli əlavə).

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmişdir 1 nömrəli əlavə

Miqrasiya orqanları işçisinin və onun ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi

QAYDASI

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin 80-1-ci maddəsinə əsasən hazırlanmışdır və miqrasiya orqanları işçisinin və onun ailəsinin yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi qaydasını müəyyən edir.

1.2. Yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması xərcləri və birdəfəlik kompensasiya xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan miqrasiya orqanlarının işçilərinə (bundan sonra - işçi) və onların ailə üzvlərinə verilir.

 2. Yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması xərclərinin və birdəfəlik kompensasiyanın məbləğləri

2.1. İşçiyə və onun ailə üzvlərinə qulluq yerinə köçməsi ilə əlaqədar aşağıdakılar ödənilir:

2.1.1. qulluq yerinə getməsi ilə əlaqədar nəqliyyat xərci;

2.1.2. yolda olan müddət üçün gündəlik xərc;

2.1.3. əmlakın daşınması üçün nəqliyyat xərci;

2.1.4. işçiyə birdəfəlik kompensasiya;

2.1.5. işçinin ailə üzvlərinə birdəfəlik kompensasiya.

2.2. Bu Qaydanın 2.1-ci bəndində göstərilən xərclər və kompensasiyalar (50 kilometrdən çox yol qət etmək şərtilə) bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə daimi qulluq yerinə getməsi üçün işçiyə və onun ailə üzvlərinə aşağıdakı hallarda ödənilir:

2.2.1. bir miqrasiya orqanında olan ştat vəzifəsindən digər miqrasiya orqanının ştat vəzifəsinə təyin edilərsə;

2.2.2. miqrasiya orqanının daimi dislokasiya yeri dəyişərsə;

2.2.3. miqrasiya orqanlarında qulluq keçmək üçün ştat vəzifəsinə yeni təyin olunarsa.

2.3. İşçiyə və onun ailə üzvlərinə yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması ilə əlaqədar nəqliyyat xərcləri və birdəfəlik kompensasiyalar aşağıdakı məbləğdə ödənilir:

2.3.1. işçiyə və onun ailə üzvlərinə yeni qulluq yerinə köçməsi ilə əlaqədar nəqliyyat xərcləri - ümumi istifadədə olan hava, dəmiryol, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gediş haqqı məbləğində (biletlərin qabaqcadan satışı üzrə xidmət və qatarlarda yataq ləvazimatından istifadə üçün xərclər də daxil olmaqla);

2.3.2. işçiyə yerdəyişmə və ya vəzifəyə təyin olunma zamanı (50 kilometrdən artıq məsafə qət edilərsə) birdəfəlik kompensasiya - yeni təyin olunduğu vəzifə üzrə bir aylıq vəzifə maaşı və bir aylıq xüsusi rütbəyə görə əlavə haqq məbləğində;

2.3.3. işçiyə miqrasiya orqanının daimi dislokasiya yerinin dəyişməsi ilə əlaqədar yerdəyişmə zamanı (məsafədən asılı olmayaraq) birdəfəlik kompensasiya - bir aylıq vəzifə maaşının və bir aylıq xüsusi rütbəyə görə əlavə haqqın 50 faizi məbləğində;

2.3.4 işçinin ailə üzvlərinin hər birinə bütün hallarda birdəfəlik kompensasiya - işçinin bir aylıq vəzifə maaşının və bir aylıq xüsusi rütbəyə görə əlavə haqqın 25 faizi məbləğində;

2.3.5. işçiyə 3000 kiloqramadək əmlakının daşınması üçün çəkdiyi faktiki xərc - müvafiq qaydada müəyyən edilmiştariflər müqabilində.

2.4. Qulluq yerini dəyişmə və ya vəzifəyə təyin olunma ilə əlaqədar bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə gedərkən, işçiyə və onun ailə üzvlərinə yolda olduqları bir sutkalıq müddət üçün Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş xidməti ezamiyyətlər zamanı ödənilən gündəlik xərc normaları məbləğində vəsait verilir.

 3. Yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması xərclərinin və birdəfəlik kompensasiyanın ödənilməsi

3.1. Yerdəyişmə və ya vəzifəyə təyin olunma ilə əlaqədar bir yaşayış məntəqəsindən digər yaşayış məntəqəsinə getmək üçün 50 kilometrdən çox yol qət edərkən, işçiyə və onun ailə üzvlərinə bu Qayda ilə müəyyən edilmiş normalar üzrə yola çəkilmiş faktiki xərc ödənilir.

3.2. İşçiyə birdəfəlik kompensasiya yeni təyin olunduğu iş yerindəki bir aylıq vəzifə maaşından və bir aylıq xüsusi rütbəyə görə əlavə haqdan hesablanır. Ailə üzvlərinə isə birdəfəlik kompensasiya köçüb gəldikləri günə işçinin aldığı bir aylıq vəzifə maaşından və bir aylıq xüsusi rütbəyə görə əlavə haqdan hesablanır.

3.3. İşçiyə və onun ailə üzvlərinə yeni qulluq yerinə köçməsi və əmlakının daşınması ilə əlaqədar nəqliyyat xərclərinin ödənilməsi üçün ərizə (raport), yeni qulluq yerinə köçməsini və əmlakının daşınmasını təsdiq edən sənədlər (təyin olunma barədə əmr, sərəncam, göndəriş vərəqəsi, nəqliyyat vasitələrindən istifadə biletləri, yükdaşıma qəbzləri) təqdim edilməlidir.

3.4. İşçinin və onun ailə üzvlərinin yeni qulluq yerinə köçməsi və əmlakının daşınması ilə əlaqədar nəqliyyat xərclərinin ödənilməsi üçün bu Qaydanın 3.3-cü bəndində göstərilən sənədlər təqdim edilmədiyi (və ya şəxsi avtomobillə yeni qulluq yerinə getdiyi) hallarda, həmin xərclər hava, su, dəmiryol və avtomobil nəqliyyatı ilə gedişə və yükün daşınmasına görə müəyyən edilmiş ən aşağı qiymətlərə uyğun olaraq ödənilir.

3.5. Birdəfəlik kompensasiya işçinin ərizəsi (raportu), təyin olunması barədə əmr, ailə üzvlərinin köçüb gəlmələri və yeni ünvanda qeydiyyata alınmaları barədə arayış və ya kirayə müqaviləsi əsasında verilir.

3.6. İşçinin ailə üzvlərinə birdəfəlik kompensasiya yeni vəzifəyə təyin edildiyi və ya dislokasiya yerinin dəyişdiyi gündən bir il müddətində işçinin ailəsi köçüb onun qulluq yerinə gələrkən (əgər işçi yeni qulluq yerində mənzillə təmin olunmayıbsa və ya uşaqları ali, orta ixtisas və ilk peşə-ixtisas təhsil müəssisələrinin əyani şöbəsində və ümumi təhsil müəssisələrinin sonuncu siniflərində oxuyursa, mənzillə təmin edildiyi və uşaqların təhsil müəssisələrini bitirdiyi gündən bir il müddətinə) ödənilir.

3.7. Birdəfəlik kompensasiya işçinin onunla birlikdə yaşayan aşağıdakı ailə üzvlərinə ödənilir:

3.7.1. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq, arvadına (ərinə);

3.7.2. uşaqlarına və 18 yaşdan yuxarı əlil övladlarına;

3.7.3. pensiya yaşına çatmış və ya yaşından asılı olmayaraq əlil valideynlərinə.

3.8. İşçiyə və onun ailə üzvlərinə yeni qulluq yerinə köçməsi, habelə əmlakının daşınması xərcləri və birdəfəlik kompensasiya ştat vəzifəsinə təyin edildiyi yerdə, miqrasiya orqanının daimi dislokasiya yeri dəyişdiyi hallarda isə yeni dislokasiya yerlərində ödənilir.

3.9. Birdəfəlik kompensasiya işçinin qulluq keçmə yerinə müvəqqəti olaraq gələn ailə üzvlərinə ödənilmir.

3.10. Yerdəyişmədən və ya vəzifəyə təyin olunduqdan sonra işçi yeni qulluq yerinə qulluğa başlamaqdan imtina etdiyi hallarda, onun özünə və ailə üzvlərinə bu məqsədlə ödənilmiş bütün xərclər geri qaytarılmalı və ya işçinin pul təminatından tutulmalıdır.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmişdir 2 nömrəli əlavə

Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği və ödənilməsi

 Q A Y D A S I

 1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin 80-2-ci maddəsinə əsasən hazırlanmışdır və miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə qulluq keçdiyi dövr ərzində, yaşayış məntəqəsindən asılı olaraq, mənzil kirayəsi üçün pul kompensasiyasının məbləğini və ödənilməsi qaydasını müəyyən edir.

1.2. Mənzil kirayəsi üçün pul kompensasiyası xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan miqrasiya orqanlarının işçilərinə (bundan sonra - işçi) və onların ailə üzvlərinə verilir.

 2. Mənzil kirayəsi üçün pul kompensasiyasının məbləği

2.1. Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan işçilərə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq, mənzil kirayəsi üçün pul kompensasiyası hər ay aşağıdakı məbləğlərdə ödənilir:

2.1.1. Bakı şəhərində - 47 manat;

2.1.2. başqa şəhər və rayon mərkəzlərində - 33 manat;

2.1.3. digər yaşayış məntəqələrində - 28 manat.

2.2. İşçiyə onun hər bir ailə üzvünə görə bu Qaydanın 2.1-ci bəndində göstərilən müvafiq kompensasiyaların 50 faizi məbləğində əlavə pul kompensasiyası ödənilir.

 3. Mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi

3.1. Miqrasiya orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan işçilərə və onların ailə üzvlərinə qulluq keçdiyi dövr ərzində mənzil kirayəsi üçün pul kompensasiyası aşağıdakı sənədlər əsasında ödənilir:

3.1.1. işçinin ərizəsi (raportu);

3.1.2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq şəhər, rayon ərazi idarələri tərəfindən işçinin qulluq keçdiyi müvafiq miqrasiya orqanının yerləşdiyi ərazidə onun və yetkinlik yaşına çatmış ailə üzvlərinin mülkiyyətində mənzilin (yaşayış sahəsinin) olub-olmaması haqqında verilən arayış;

3.1.3. mənzilin kirayə götürülməsi barədə notariat qaydasında təsdiq edilmiş müqavilə;

3.1.4. işçinin və ailə üzvlərinin şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin (evli olduğu halda), 16 yaşına çatmamış uşaqlarının doğum haqqında şəhadətnamələrinin surəti.

3.2. Yeni qulluq yerinə gəlmiş işçi kirayədə yaşaması barədə müraciət edərkən, bu Qaydanın 3.1-ci bəndində nəzərdə tutulmuş sənədləri təqdim etməlidir. Mənzilin kirayəsi üçün pul kompensasiyası mənzilin kirayə götürülməsi barədə müqavilənin imzalandığı gündən hesablanmaqla, lakin yeni vəzifəyə təyin edilmə günündən tez olmayaraq, miqrasiya orqanının rəhbərinin bu barədə əmrindən sonra ödənilir.

3.3. Bu Qaydanın 3.1-ci bəndi ilə müəyyən edilmiş sənədlər hər il yenidən toplanaraq təqdim edilməlidir.

3.4. İşçinin ailə tərkibində dəyişikliklər baş verərsə, bu barədə işçi tərəfindən rəhbərliyə məruzə edilməli və pul kompensasiyası ilə bağlı müvafiq sənədlər təqdim olunmalıdır.

3.5. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən xidməti yaşayış sahəsi ilə (digər yaşayış sahəsi ilə) təmin edilmiş işçilərə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilmir.

 

4 июня 2014, 13:06

http://cabmin.gov.az/

3551—3560 из 3607

24 января 2014, 09:01

Азербайджан отказался от ассоциации с ЕС ради более высокого уровня партнёрства – президент Алиев   подробно...

24 января 2014, 09:01

Иран и Азербайджан провели переговоры на высшем уровне   подробно...

23 января 2014, 16:01

Центральный банк Азербайджана выступил с заявлением в связи с интересом к Bitcoin   подробно...

23 января 2014, 09:01

Страхование от несчастных случаев и климатических изменений – предмет переговоров на высшем уровне Азербайджана и Swiss Re   подробно...

23 января 2014, 09:01

Президенты Азербайджана и EBRD провели переговоры в Давосе   подробно...

22 января 2014, 15:01

В Азербайджане для снижения налоговых долгов будут внесены поправки в Налоговый кодекс   подробно...

22 января 2014, 15:01

Молодёжные общественные объединения Азербайджана активно встраиваются в глобальные сети таких учреждений   подробно...

22 января 2014, 15:01

Общественные советы с НПО будут созданы при Госкомитете по имущественным вопросам   подробно...

22 января 2014, 09:01

Государственный таможенный комитет: в Азербайджане практически нет почтовой внешней торговли   подробно...

22 января 2014, 09:01

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по ускорению социально-экономического развития Гейгельского района   подробно...