Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsini “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586, № 12, maddə 835; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004, № 6, maddə 399; 2005, № 4, maddə 278; 2006, № 11, maddə 929; 2007, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddələr 1197, 1218; 2008, № 6, maddə 462, № 7, maddələr 602, 607; 2010, № 3, maddə 171, № 4, maddə 275, № 7, maddə 591; 2011, № 2, maddələr 70, 71, № 6, maddə 473, № 7, maddə 600, № 12, maddə 1107; 2012, № 5, maddə 406, № 11, maddələr 1056, 1063; 2013, № 8, maddə 889; 2015, № 10, maddə 1107, № 11, maddə 1271; 2016, № 6, maddələr 981, 1000; 2017, № 6, maddə 1058, № 12 (I kitab), maddə 2268; 2018, № 5, maddə 881, № 7, maddə 1422) aşağıdakı dəyişikliklər edilsin:
1. 68.1-ci maddənin üçüncü cümləsinə “müvafiq” sözündən sonra “ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən” sözləri əlavə edilsin.
2. 171-ci maddə üzrə:
2.1. maddənin adına “şəxslərin” sözündən sonra “cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya” sözləri əlavə edilsin;
2.2. 171.1-ci maddəyə “cəzadan” sözündən əvvəl “cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya” sözləri əlavə edilsin;
2.3. 171.2-ci maddədə “onun” sözündən sonra “cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya” sözləri əlavə edilsin və həmin maddədə “altı ay” sözləri “bir il” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 oktyabr 2018-ci il.
22 октября 2018, 08:101 августа 2014, 09:08
О дополнительных мерах по строительству автомобильной дороги Алар-Тезекенд-Учтепе-Алигасымлы-Джафарханлы Джалилабадского района подробно...
31 июля 2014, 15:07
Резких изменений налогового режима не будет – источник в правительстве Азербайджана подробно...
31 июля 2014, 14:07
Азербайджан не планирует вводить налог с продаж подробно...
31 июля 2014, 09:07
О строительстве нового административного здания Государственной миграционной службы Азербайджанской Республики подробно...
30 июля 2014, 11:07
Запросы фермеров на субсидирование поставок топлива частично отклонены в Азербайджане подробно...
25 июля 2014, 13:07
В Азербайджане учителей будут готовить по программам обучения нового поколения подробно...
24 июля 2014, 10:07
Президент Азербайджана принял спецпредставителя ЕС по Южному Кавказу подробно...
24 июля 2014, 09:07
О мерах по строительству автомобильной дороги магистраль Баку-Губа – поселок Шураабад Хызинского района подробно...
24 июля 2014, 09:07
О дополнительных мерах по ускорению социально-экономического развития Хызинского района подробно...
23 июля 2014, 09:07
О предоставлении М.А.Багирову персональной пенсии Президента Азербайджанской Республики подробно...