Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsini “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 586, № 12, maddə 835; 2001, № 7, maddə 455; 2002, № 1, maddə 9, № 5, maddələr 237, 240, 244, № 8, maddə 463; 2004, № 6, maddə 399; 2005, № 4, maddə 278; 2006, № 11, maddə 929; 2007, № 8, maddə 756, № 11, maddə 1049, № 12, maddələr 1197, 1218; 2008, № 6, maddə 462, № 7, maddələr 602, 607; 2010, № 3, maddə 171, № 4, maddə 275, № 7, maddə 591; 2011, № 2, maddələr 70, 71, № 6, maddə 473, № 7, maddə 600, № 12, maddə 1107; 2012, № 5, maddə 406, № 11, maddələr 1056, 1063; 2013, № 8, maddə 889; 2015, № 10, maddə 1107, № 11, maddə 1271; 2016, № 6, maddələr 981, 1000; 2017, № 6, maddə 1058, № 12 (I kitab), maddə 2268; 2018, № 5, maddə 881, № 7, maddə 1422) aşağıdakı dəyişikliklər edilsin:

1. 68.1-ci maddənin üçüncü cümləsinə “müvafiq” sözündən sonra “ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən” sözləri əlavə edilsin.

2. 171-ci maddə üzrə:

2.1. maddənin adına “şəxslərin” sözündən sonra “cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya” sözləri əlavə edilsin;

2.2. 171.1-ci maddəyə “cəzadan” sözündən əvvəl “cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya” sözləri əlavə edilsin;

2.3. 171.2-ci maddədə “onun” sözündən sonra “cəzasının müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya” sözləri əlavə edilsin və həmin maddədə “altı ay” sözləri “bir il” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2018-ci il.

22 октября 2018, 08:10

http://www.azertag.az

2281—2290 из 3607

29 апреля 2016, 10:04

О дополнительных мерах по продолжению реконструкции внутренних автомобильных дорог в поселке Бина Хазарского района города Баку   подробно...

29 апреля 2016, 10:04

Православной христианской общине Азербайджана   подробно...

28 апреля 2016, 09:04

Об изменении должностей судей ряда судов первой инстанции   подробно...

28 апреля 2016, 09:04

Об утверждении «Национального плана действий по поощрению открытого правительства на 2016-2018 годы»   подробно...

25 апреля 2016, 09:04

О награждении Насира Абдулазиза Аль-Насера орденом «Достлуг»   подробно...

22 апреля 2016, 09:04

О присвоении почетного звания «Заслуженный работник культуры» сотрудникам сферы Азербайджанской национальной кулинарии   подробно...

22 апреля 2016, 09:04

Об учреждении «Дня предпринимателей» в Азербайджанской Республике   подробно...

22 апреля 2016, 09:04

О награждении Махмуда Ваэзи орденом «Достлуг»   подробно...

21 апреля 2016, 09:04

Об утверждении Положения и структуры Управления Приморского бульвара при Кабинете Министров Азербайджанской Республики, установлении предела численности работников его аппарата   подробно...

21 апреля 2016, 09:04

О создании и обеспечении деятельности Государственного агентства по профессиональному образованию при Министерстве образования Азербайджанской Республики   подробно...