“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1282-VQD nömrəli Qanununun tətbiqi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli 1282-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 oktyabr 2018-ci il.

19 октября 2018, 08:10

http://www.azertag.az

711—720 из 3607

11 марта 2020, 07:03

Постановление Милли Меджлиса Азербайджанской Республики Об избрании председателей комитетов Милли Меджлиса Азербайджанской Республики   подробно...

11 марта 2020, 07:03

Постановление Милли Меджлиса Азербайджанской Республики Об образовании Дисциплинарной комиссии Милли Меджлиса Азербайджанской Республики   подробно...

11 марта 2020, 07:03

Постановление Милли Меджлиса Азербайджанской Республики Об организации Счетной комиссии Милли Меджлиса Азербайджанской Республики   подробно...

11 марта 2020, 07:03

Постановление Милли Меджлиса Азербайджанской Республики Об избрании заместителей председателей комитетов Милли Меджлиса Азербайджанской Республики   подробно...

6 марта 2020, 08:03

Распоряжение Президента Азербайджанской Республики О назначении Н.Р.Багирова главой Исполнительной власти Исмаиллинского района   подробно...

6 марта 2020, 08:03

Распоряжение Президента Азербайджанской Республики Об освобождении М.М.Садыгова от должности главы Исполнительной власти Исмаиллинского района   подробно...

6 марта 2020, 08:03

Распоряжение Президента Азербайджанской Республики О назначении М.М.Сеидова главой Исполнительной власти Нефтчалинского района   подробно...

6 марта 2020, 08:03

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству нового здания общеобразовательной школы в селе Садыглы Агстафинского района   подробно...

6 марта 2020, 08:03

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению дорожно-транспортной инфраструктуры Товузского района   подробно...

6 марта 2020, 08:03

Распоряжение Президента Азербайджанской Республики О мерах по капитальному ремонту здания школы-лицея по гуманитарным и естественным предметам имени Мехти Гусейна в городе Газах   подробно...