Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən edilsin.

2. “Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əmək haqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 01 iyul tarixli 967 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 414; 2004, № 10, maddə 829; 2005, № 3, maddə 209; 2007, № 4, maddə 352; 2011, № 4, maddə 358) 2-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 oktyabr 2018-ci il.

18 октября 2018, 08:10

http://www.azertag.az

2841—2850 из 3607

8 января 2015, 09:01

О награждении орденом «Шохрат» А.Д.Ахмедзаде   подробно...

7 января 2015, 09:01

О награждении орденом «Шохрат» А.Г.Шарифова   подробно...

7 января 2015, 09:01

О дополнительных мерах по улучшению обеспечения населения экологически чистой водой   подробно...

30 декабря 2014, 09:12

О награждении орденом «Шохрат» А.Н.Алыева   подробно...

30 декабря 2014, 09:12

О помиловании ряда осужденных лиц   подробно...

30 декабря 2014, 09:12

О награждении О.С.Асадова орденом «Шараф»   подробно...

22 декабря 2014, 09:12

О предоставлении персональных пенсий Президента Азербайджанской Республики   подробно...

22 декабря 2014, 09:12

О присвоении почетных званий спортивным специалистам Азербайджанской Республики   подробно...

22 декабря 2014, 09:12

О мерах по строительству автомобильной дороги Гусарчай-Пиргулуоба-Ени Хаят Хачмазского района   подробно...

22 декабря 2014, 09:12

Участникам Первого съезда азербайджанских ученых   подробно...