2013-cü il noyabrın 20-də Sankt-Peterburq şəhərində imzalanmış “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2013-cü il noyabrın 20-də Sankt-Peterburq şəhərində Azərbaycan Respublikası Hökuməti tərəfindən qeyd-şərtlə imzalanmış “Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokol” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsini xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 iyun 2014-cü il.
4 июня 2014, 09:0618 августа 2014, 09:08
О дополнительных мерах по строительству автомобильной дороги Синджан-Хачмаз-Фильфили Огузского района подробно...
15 августа 2014, 17:08
Лихорадка Эбола: Азербайджан предпринимает экстренные меры подробно...
15 августа 2014, 15:08
Введён дисконт по государственному лизингу сельскохозяйственной техники подробно...
15 августа 2014, 09:08
Программа «Произведено в Грузии» будет перенесена на Азербайджан подробно...
15 августа 2014, 09:08
О мерах по строительству автомобильной дороги Моллаисалар-Велиушагы-Моллаахмедли-Саркарлар Бардинского района подробно...
8 августа 2014, 09:08
О дополнительных мерах по ускорению социально-экономического развития Агдамского района подробно...
14 августа 2014, 09:08
Особый отдел появился в Министерстве налогов подробно...
13 августа 2014, 14:08
Административные правила мест заключения распространены на досудебные разбирательства подробно...
13 августа 2014, 14:08
Объявлен список подтверждающих документов для временного ввоза в Азербайджан иностранных автомобилей, не соответствующих Евро-4 подробно...
13 августа 2014, 09:08
В Азербайджане будут разработаны правила спортивного и любительского рыболовства подробно...