Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli 248 nömrəli Fərmanı ilə təsdiq edilmiş “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”ni “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 9 sentyabr tarixli 248 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 9, maddə 1028; 2015, № 10, maddə 1141; 2016, № 8, maddə 1384; 2017, № 3, maddə 376) ilə təsdiq edilmiş “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 4.1-ci bəndinin birinci cümləsində “və ona alternativ” sözləri “, ev dustaqlığı və ya girov” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 sentyabr 2018-ci il.

17 сентября 2018, 08:09

http://www.azertag.az

3151—3160 из 3607

8 июля 2014, 10:07

Лицензия Азербайджанского общественно-политического университета не продлена   подробно...

8 июля 2014, 09:07

Студентам-педагогам станут доплачивать до 50% будущей зарплаты   подробно...

7 июля 2014, 15:07

Спецификации по оборонному заказу утвердил Азербайджан   подробно...

7 июля 2014, 09:07

О мерах по строительству автомобильной дороги Ени Зод-Чайкенд-Гарабулаг-Гушчу-Сарысу Гейгельского района   подробно...

7 июля 2014, 09:07

О дополнительных мерах по строительству автомобильной дороги Гюнешли-Агайры-Исметли-Аранлы-Чинарлы-Алиабад Билясуварского района   подробно...

4 июля 2014, 17:07

Государственный таможенный комитет Азербайджана уже выполнил годовой прогноз таможенных сборов на 48,47%   подробно...

4 июля 2014, 15:07

Завершена пробная сельскохозяйственная перепись в Азербайджане   подробно...

4 июля 2014, 14:07

Министерство образования Азербайджана выделит 5 тыс. манатов на общественные идеи по улучшению обучения   подробно...

4 июля 2014, 09:07

О дополнительных мерах по строительству автомобильной дороги Ашагы Гейнюк-Баш Гейнюк-Баш Шабалыд города Шеки   подробно...

3 июля 2014, 09:07

О мерах по строительству автомобильной дороги Гусар-Имамгулукенд-Гухуроба Гусарского района   подробно...