“Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi”ndə dəyişiklik edilməsi barədə 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ü.R.Mehdiyevin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 aprel tarixli 28 nömrəli Sərəncamına uyğun olaraq qərara alıram:

“Azərbaycan Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2097; 2018, № 6, maddə 1229; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 176 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi”ndə “İnam Kərimov” sözləri “Ülvi Mehdiyev” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 sentyabr 2018-ci il.

14 сентября 2018, 08:09

http://www.azertag.az

2941—2950 из 3607

29 октября 2014, 09:10

Участникам первого глобального форума по молодежной политике   подробно...

28 октября 2014, 12:10

Азербайджан ввёл государственное регулирование цен на морские навигационные средства   подробно...

28 октября 2014, 09:10

Президенту Чешской Республики Его превосходительству господину Милошу Земану   подробно...

27 октября 2014, 09:10

О награждении орденом «Шохрат» Э.М.Рамазановой   подробно...

27 октября 2014, 09:10

Президенту Туркменистана Его превосходительству господину Гурбангулы Бердымухамедову   подробно...

27 октября 2014, 09:10

Федеральному президенту Австрийской Республики Его превосходительству господину Хайнцу Фишеру   подробно...

23 октября 2014, 13:10

Министр труда Азербайджана: следует повысить размер социальных пособий и пенсий для снижения потребности в социальной помощи   подробно...

23 октября 2014, 09:10

Президенту Венгрии Его превосходительству господину Яношу Адеру   подробно...

22 октября 2014, 09:10

О дополнительных мерах по строительству автодорог, соединяющих город Гянджа с поселками Мехсети, Садыллы, Натаван, Шихзаманлы, Джавад хан   подробно...

22 октября 2014, 09:10

О дополнительных мерах по ускорению социально-экономического развития города Гянджа   подробно...