“Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1223-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1223-VQD nömrəli Qanununun 2019-cu il yanvarın 1-dən tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. həmin Qanunun 79-cu maddəsində nəzərdə tutulan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi haqqında Əsasnaməni və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sistemi haqqında Əsasnaməni üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi:
2.1. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş bildirişin formasını iki ay müddətində təsdiq etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin;
2.3. “Elektron notariat” informasiya sistemini genişləndirərək, icra qeydinin aparılması üçün müraciətin və sənədlərin qəbulu, icra qeydinin aparılması və bunun əsasında icra sənədinin icraya yönəldilməsinin elektron qaydada səmərəli təşkilini və bununla bağlı müvafiq elektron xidmətin 2019-cu il yanvarın 1-dən tətbiqini təmin etsin.
3. Müəyyən edilsin ki:
3.1. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin doqquzuncu hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
3.2. həmin Qanunun 76-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir;
3.3. həmin Qanunun 79-cu maddəsində (birinci və ikinci hallarda) “müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi nəzərdə tutulur;
3.4. həmin Qanunun 79-cu maddəsində (üçüncü halda) “müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron icra” informasiya sistemi nəzərdə tutulur.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 avqust 2018-ci il.
13 августа 2018, 08:0810 сентября 2015, 09:09
О дополнительных мерах, связанных с завершением работ по реставрации, благоустройству и созиданию в комплексе «Имамзаде» на территории Гянджинского государственного историко-культурного заповедника подробно...
4 сентября 2015, 09:09
О назначении М.Б.Бабанлы ректором Азербайджанского государственного университета нефти и промышленности подробно...
4 сентября 2015, 09:09
Об изменении названия Азербайджанской государственной нефтяной академии подробно...
3 сентября 2015, 09:09
О призыве с 1 по 30 октября 2015 года граждан Азербайджанской Республики на срочную действительную военную службу и увольнении в запас военнослужащих срочной действительной военной службы подробно...
3 сентября 2015, 09:09
О назначении И.А.Гюльмамедовой главой Исполнительной власти Абшеронского района подробно...
3 сентября 2015, 09:09
Об освобождении З.Ф.Фараджева от должности главы Исполнительной власти Абшеронского района подробно...
3 сентября 2015, 09:09
О назначении Э.А.Азизова главой Исполнительной власти Сабаильского района города Баку подробно...
3 сентября 2015, 09:09
Об освобождении А.Ю.Аскерова от должности главы Исполнительной власти Сабаильского района города Баку подробно...
3 сентября 2015, 09:09
О назначении А.Ю.Аскерова главой Исполнительной власти Насиминского района города Баку подробно...
3 сентября 2015, 09:09
Об освобождении Н.М.Махамалиева от должности главы Исполнительной власти Насиминского района города Баку подробно...