“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1225-VQD nömrəli Qanununun tətbiqi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1225-VQD nömrəli Qanununun 2019-cu il yanvarın 1-dən tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 avqust 2018-ci il.

13 августа 2018, 08:08

http://www.azertag.az

2861—2870 из 3607

17 декабря 2014, 10:12

О награждении орденом «Шараф» Ш.А.Гусейнова   подробно...

17 декабря 2014, 10:12

О дополнительных мерах по ускорению социально-экономического развития Сабирабадского района   подробно...

17 декабря 2014, 10:12

О мерах по строительству автомобильной дороги Суговушан-Гаралар-Гафарли-Ахмедабад-Нариманкенд-Гашимханлы Сабирабадского района   подробно...

17 декабря 2014, 10:12

О награждении работников оборонной промышленности Азербайджанской Республики   подробно...

17 декабря 2014, 10:12

О предоставлении Ф.И.Исмайлову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

17 декабря 2014, 10:12

О присвоении работникам оборонной промышленности Азербайджанской Республики почетного звания «Заслуженный инженер»   подробно...

17 декабря 2014, 10:12

Новоизбранному Президенту Швейцарской Конфедерации Ее превосходительству госпоже Симонетте Соммаруга   подробно...

16 декабря 2014, 09:12

О награждении орденом «Шохрат» А.Ш.Гаджиева   подробно...

16 декабря 2014, 09:12

О присвоении Г.М.Велиевой почетного звания «Заслуженный юрист»   подробно...

16 декабря 2014, 09:12

О присвоении С.Б.Асадову почетного звания «Заслуженный инженер»   подробно...