“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1222-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası PrezidentininSərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1222-VQD nömrəli Qanununun 2019-cu il yanvarın 1-dən tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 avqust 2018-ci il.
13 августа 2018, 08:0810 июля 2017, 09:07
О мерах по строительству автомобильной дороги Галагайын-Османлы-Гель Бешдели-Залгараагач-Гель Агамамедли-Азадкенд-Муган Гянджали Сабирабадского района подробно...
6 июля 2017, 09:07
О мерах по строительству автомобильной дороги Тертер-Сейдимли-Гарадаглы-Саров Тертерского района подробно...
4 июля 2017, 09:07
О мерах по строительству автомобильной дороги Гёйляр-Гушчу Шамахинского района подробно...
3 июля 2017, 09:07
О назначении судей Сумгайытского апелляционного суда подробно...
3 июля 2017, 09:07
О назначении судей Гянджинского апелляционного суда подробно...
3 июля 2017, 09:07
Об освобождении И.А.Мехдиева от должности главы Исполнительной власти Ясамальского района города Баку подробно...
3 июля 2017, 09:07
О назначении и освобождении судей Шекинского апелляционного суда подробно...
3 июля 2017, 09:07
О назначении и освобождении судей Ширванского апелляционного суда подробно...
3 июля 2017, 09:07
О назначении и освобождении судей Бакинского апелляционного суда подробно...
3 июля 2017, 09:07
О назначении и освобождении судей Верховного суда Азербайджанской Республики подробно...