“Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1228-VQD nömrəli Qanununun tətbiqi barədə 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1228-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyul 2018-ci il.

16 июля 2018, 08:07

http://www.azertag.az

711—720 из 3607

11 марта 2020, 07:03

Постановление Милли Меджлиса Азербайджанской Республики Об избрании председателей комитетов Милли Меджлиса Азербайджанской Республики   подробно...

11 марта 2020, 07:03

Постановление Милли Меджлиса Азербайджанской Республики Об образовании Дисциплинарной комиссии Милли Меджлиса Азербайджанской Республики   подробно...

11 марта 2020, 07:03

Постановление Милли Меджлиса Азербайджанской Республики Об организации Счетной комиссии Милли Меджлиса Азербайджанской Республики   подробно...

11 марта 2020, 07:03

Постановление Милли Меджлиса Азербайджанской Республики Об избрании заместителей председателей комитетов Милли Меджлиса Азербайджанской Республики   подробно...

6 марта 2020, 08:03

Распоряжение Президента Азербайджанской Республики О назначении Н.Р.Багирова главой Исполнительной власти Исмаиллинского района   подробно...

6 марта 2020, 08:03

Распоряжение Президента Азербайджанской Республики Об освобождении М.М.Садыгова от должности главы Исполнительной власти Исмаиллинского района   подробно...

6 марта 2020, 08:03

Распоряжение Президента Азербайджанской Республики О назначении М.М.Сеидова главой Исполнительной власти Нефтчалинского района   подробно...

6 марта 2020, 08:03

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству нового здания общеобразовательной школы в селе Садыглы Агстафинского района   подробно...

6 марта 2020, 08:03

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению дорожно-транспортной инфраструктуры Товузского района   подробно...

6 марта 2020, 08:03

Распоряжение Президента Азербайджанской Республики О мерах по капитальному ремонту здания школы-лицея по гуманитарным и естественным предметам имени Мехти Гусейна в городе Газах   подробно...