“Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1228-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1228-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 iyul 2018-ci il.
16 июля 2018, 08:0713 марта 2017, 09:03
О награждении военнослужащих Внутренних войск Министерства внутренних дел Азербайджанской Республики подробно...
13 марта 2017, 09:03
О награждении А.А.Гусейнова орденом «За службу Отечеству» 2-й степени подробно...
10 марта 2017, 10:03
О присвоении почетных званий театральным деятелям Азербайджанской Республики подробно...
9 марта 2017, 09:03
О назначении А.Г.Бабаева членом Правления Центрального банка Азербайджанской Республики подробно...
9 марта 2017, 09:03
О назначении В.А.Хубанова членом Правления Центрального банка Азербайджанской Республики подробно...
9 марта 2017, 09:03
О назначении А.С. Гулиева членом Правления Центрального банка Азербайджанской Республики подробно...
9 марта 2017, 09:03
Об избрании члена комитета Милли Меджлиса Азербайджанской Республики подробно...
7 марта 2017, 09:03
О награждении Л.Е.Рейхрудель орденом «Шохрат» подробно...
7 марта 2017, 09:03
Поздравление азербайджанским женщинам по случаю 8 марта – Международного женского дня подробно...
7 марта 2017, 09:03
О присвоении Т.М.Муталлимову почетного звания «Заслуженный деятель науки» подробно...