“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1229-VQD nömrəli Qanununun tətbiqi barədə 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1229-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyul 2018-ci il.

16 июля 2018, 08:07

http://www.azertag.az

2131—2140 из 3607

30 августа 2016, 09:08

О дополнительных мерах по строительству автомобильной дороги Лиман-Нариманабад-Балыгчылар Лянкяранского района   подробно...

29 августа 2016, 09:08

О дополнительных мерах по строительству автомобильной дороги Саатлы-Сарыджалар-Гара Нуру-Ширинбейли-Фаталикенд-Азадкенд Саатлинского района   подробно...

26 августа 2016, 09:08

О дополнительных мерах по строительству автомобильной дороги Суговушан-Гаралар-Гафарли-Ахмедабад-Нариманкенд-Хашимханлы Сабирабадского района   подробно...

25 августа 2016, 09:08

О дополнительных мерах по строительству автомобильной дороги Синджан-Хачмаз-Фильфили Огузского района   подробно...

24 августа 2016, 09:08

О дополнительных мерах по строительству автомобильных дорог Рустов-Ханегях-Гюрдех, Рустов-Нойдюн-Шудуг, Рустов-Маджкахаджа, Рустов-Бахчалы-Екдар Губинского района   подробно...

23 августа 2016, 09:08

О дополнительных мерах по строительству автомобильной дороги Алатамир-Марсан-Тасмалы-Заям-Лелели Гахского района   подробно...

23 августа 2016, 09:08

О присвоении Р.З.Абдурахманову высшего воинского звания генерал-майора   подробно...

23 августа 2016, 09:08

О присвоении А.И.Исмайлову почетного звания «Заслуженный инженер»   подробно...

23 августа 2016, 09:08

О награждении военнослужащих Особой службы государственной охраны Азербайджанской Республики   подробно...

22 августа 2016, 09:08

О дополнительных мерах по строительству автомобильной дороги между поселками Биринджи и Он биринджи Гайыдыш Физулинского района   подробно...