“Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1175-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində:

1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.3. həmin Qanunun 4.2-ci maddəsinə uyğun olaraq, ətraf mühitə təsirin, o cümlədən transsərhəd təsirin qiymətləndirilməsinin aparılması qaydasını və müddətini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

1.1.4. həmin Qanunun 4.15-ci maddəsinə uyğun olaraq, ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin ixtisas attestatının formasını və attestatın verilməsi, qüvvədəolma müddətinin dayandırılması və ya onun ləğv edilməsi qaydasını, eləcə də ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə qiymətləndiricilərin və ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə təşkilatların reyestrinin aparılması və onların fəaliyyətinə nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.5. həmin Qanunun 8.2-ci maddəsinə uyğun olaraq, strateji ekoloji qiymətləndirmənin aparılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.6. həmin Qanunun 17.1-ci maddəsinə uyğun olaraq, ətraf mühitə təsirin qiymətləndirilməsi və strateji ekoloji qiymətləndirmə sahəsində nəzarətin həyata keçirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsində, 4.3-cü maddəsinin ikinci cümləsində, 4.4-cü maddəsinin birinci cümləsində, 4.5 – 4.7-ci, 4.12 – 4.15-ci, 4.18-ci, 4.20-ci maddələrində, 7.3-cü və 7.4-cü maddələrinin birinci cümlələrində, 8.1-ci (hər iki halda), 8.2-ci maddələrində, 8.3-cü maddəsinin ikinci cümləsində, 8.4-cü, 8.6-cı, 8.7-ci, 12.1.9-cu, 12.2.1-ci, 12.2.3 – 12.2.5-ci, 13.1.3-cü, 13.2.1-ci, 17.1-ci və 17.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

3.2. həmin Qanunun 4.2-ci, 4.15-ci, 8.2-ci və 17.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

3.3. həmin Qanunun 4.3-cü maddəsinin ikinci cümləsində, 4.4-cü maddəsinin birinci cümləsində, 4.5-ci, 4.12 – 4.14-cü, 4.18-ci, 4.20-ci maddələrində, 7.3-cü maddəsinin birinci cümləsində, 7.4-cü maddəsinin birinci cümləsində, 8.1-ci (hər iki halda) maddəsində, 8.3-cü maddəsinin ikinci cümləsində, 8.4-cü, 8.6-cı, 8.7-ci, 12.1.9-cu, 12.2.1-ci, 12.2.3 – 12.2.5-ci, 13.1.3-cü, 13.2.1-ci və 17.2-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

3.4. həmin Qanunun 4.6-cı maddəsində “orqan (qurum)” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;

3.5. həmin Qanunun 4.7-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, müalicə-sağlamlaşdırma yerləri və kurortlara münasibətdə isə həmçinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzərdə tutulur.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyul 2018-ci il.

16 июля 2018, 08:07

http://www.azertag.az

741—750 из 3607

25 февраля 2020, 08:02

Распоряжение Президента Азербайджанской Республики О награждении И.М.Гурбанова орденом «За службу Отечеству» 2-й степени   подробно...

25 февраля 2020, 08:02

Распоряжение Президента Азербайджанской Республики О награждении Т.М.Рзаева орденом «Шохрат»   подробно...

25 февраля 2020, 08:02

Распоряжение Президента Азербайджанской Республики О награждении С.Г.Ильясова орденом «За службу Отечеству» 2-й степени   подробно...

25 февраля 2020, 08:02

Распоряжение Президента Азербайджанской Республики О награждении А.Т.Раси-заде орденом «За службу Отечеству» 1-й степени   подробно...

13 февраля 2020, 08:02

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству здания новой общеобразовательной школы в городе Кюрдамир   подробно...

13 февраля 2020, 08:02

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству нового здания для яслей-детского сада номер 8 в городе Кюрдамир и обновлению городской инфраструктуры   подробно...

13 февраля 2020, 08:02

Распоряжение Президента Азербайджанской Республики О назначении А.С.Новрузова ректором Нахчыванского института учителей   подробно...

13 февраля 2020, 08:02

Распоряжение Президента Азербайджанской Республики Об утверждении «Государственной программы по развитию архивной работы в Азербайджанской Республике на 2020 –2025 годы»   подробно...

12 февраля 2020, 08:02

Распоряжение Президента Азербайджанской Республики О награждении работников Государственной налоговой службы при Министерстве экономики Азербайджанской Республики   подробно...

12 февраля 2020, 08:02

Распоряжение Президента Азербайджанской Республики О предоставлении Президентских премий для молодежи 2020 года   подробно...