“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununu “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 736-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 613; 2010, № 6, maddə 489; 2011, № 2, maddə 71; 2013, № 11, maddə 1281; 2014, № 4, maddə 340; 2015, № 5, maddə 507; 2016, № 3, maddə 420, № 12, maddə 2021; 2017, № 1, maddə 11, № 7, maddə 1272) aşağıdakı məzmunda 53-1.8-ci maddə əlavə edilsin:
“53-1.8. İdman mərc oyunlarının operatorları “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl etməlidirlər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2018-ci il.
10 июля 2018, 07:0723 июня 2014, 09:06
Об освобождении судей апелляционных судов Азербайджанской Республики от должности подробно...
23 июня 2014, 09:06
О назначении З.Ш.Зарбалиева судьей Гянджинского апелляционного суда подробно...
23 июня 2014, 09:06
О назначении И.М.Насирова судьей Верховного суда Азербайджанской Республики подробно...
20 июня 2014, 09:06
Об учреждении профессионального праздника «День моряка» подробно...
20 июня 2014, 09:06
О дополнительных мерах в области поддержки связанных с Азербайджаном проектов зарубежных неправительственных организаций подробно...
19 июня 2014, 16:06
Министр связи и высоких технологий Азербайджана встретился с вице-президентом Ирана подробно...
18 июня 2014, 15:06
В Азербайджане предлагается страховать жизнь заёмщиков – физических лиц подробно...
19 июня 2014, 14:06
Самое оптимальное медицинское страхование обещано азербайджанским гражданам подробно...
18 июня 2014, 09:06
Азербайджан предложил UNWTO свои механизмы развития туристических дестинаций подробно...
17 июня 2014, 09:06
О присвоении почетных званий работникам здравоохранения Азербайджанской Республики подробно...