“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1163-VQD nömrəli Qanununun tətbiqi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1163-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 iyul 2018-ci il.

10 июля 2018, 07:07

http://www.azertag.az

2021—2030 из 3607

17 ноября 2016, 09:11

О дополнительных мерах по усилению государственной поддержки развития шелководства и фундуководства   подробно...

16 ноября 2016, 09:11

О мерах по капитальному ремонту многоквартирных зданий в городе Бейляган   подробно...

16 ноября 2016, 09:11

О награждении группы лиц за заслуги в развитии мультикультуральных традиций и межрелигиозных отношений в Азербайджане «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

15 ноября 2016, 10:11

Об утверждении Меморандума взаимопонимания «Относительно Трансанатолийской системы природного газа между Правительством Азербайджанской Республики и Правительством Турецкой Республики»   подробно...

15 ноября 2016, 10:11

О проведении в городе Баку V Международного симпозиума по азербайджанскому ковру   подробно...

15 ноября 2016, 10:11

О награждении сотрудников Центральной больницы нефтяников медалью «Терегги»   подробно...

15 ноября 2016, 10:11

О мерах по капитальному ремонту многоквартирных зданий в городе Горадиз   подробно...

15 ноября 2016, 10:11

О создании Государственной комиссии по улучшению состояния эксплуатации водохранилищ   подробно...

14 ноября 2016, 09:11

О награждении А.М.Гараева орденом «Шохрат»   подробно...

14 ноября 2016, 09:11

О создании рабочей группы в связи с усовершенствованием системы дождевой канализации в городе Баку   подробно...