“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanını “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli 915-VQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 18 dekabr tarixli 1734 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
“Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 611; 2002, № 8, maddə 478; 2008, № 3, maddələr 168, 170, № 7, maddə 618; 2011, № 4, maddə 279; 2013, № 8, maddə 893; 2016, № 4, maddə 676; 2017, № 3, maddə 353; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 may tarixli 94 nömrəli Fərmanı) 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2-ci bənddə “17-1.2, 17-1.7” rəqəmləri “15-2.2, 17-1.2, 17-1.7, 34.1” rəqəmləri ilə əvəz edilsin.
2. 3.3-cü bənddə “17-1.3,” rəqəmləri “15-1.3, 17-1.3, 34.1-1 (ikinci halda),” sözləri ilə əvəz edilsin.
3. 3.5-ci bəndə “Məcəllənin” sözündən sonra “15-1.4.3-cü maddəsində, 51-1.2-ci maddəsinin üçüncü cümləsində,” sözləri əlavə edilsin.
4. 3.8-ci bənddə “34.1 və 34.3-cü maddələrində” sözləri “34.1-ci maddəsinin birinci cümləsində, 34.1-1-ci maddəsində (birinci halda), 34.1-2-ci maddəsinin ikinci cümləsində və 37-ci maddəsində” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 iyun 2018-ci il.
7 июня 2018, 08:0619 августа 2014, 15:08
Льготы и доплаты введены для молодых сельских педагогов подробно...
19 августа 2014, 09:08
Совет старейшин создан при Бакинском управлении образования подробно...
19 августа 2014, 09:08
О финансировании строительства автомобильной дороги Далгалы-Набрань-Тель на территории Хачмазского района подробно...
18 августа 2014, 13:08
Правительственный мониторинг: повышения потребительских цен в Азербайджане нет подробно...
18 августа 2014, 09:08
О награждении военнослужащих Государственной пограничной службы Азербайджанской Республики подробно...
18 августа 2014, 09:08
О присвоении Э.З.Ибрагимову почетного звания «Заслуженный юрист» подробно...
18 августа 2014, 09:08
О присвоении В.А.Рзагулиеву почетного звания «Заслуженный инженер» подробно...
18 августа 2014, 09:08
О присвоении Р.Г.Садигову воинского звания генерал-лейтенанта подробно...
18 августа 2014, 09:08
О присвоении А.М.Джебраилову воинского звания генерал-лейтенанта подробно...
18 августа 2014, 09:08
О присвоении Э.И.Гулиеву воинского звания генерал-полковника подробно...