“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun tətbiqi barədə 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 1.0.5-ci, 2-ci, 5.0-cı, 6.2.11-ci, 7.1-ci maddələrində, 7.4-cü maddəsinin birinci və ikinci cümlələrində və 19.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 iyun 2018-ci il.

5 июня 2018, 08:06

http://www.azertag.az

1931—1940 из 3607

27 февраля 2017, 09:02

О дополнительных мерах по улучшению обеспечения населения экологически чистой водой   подробно...

23 февраля 2017, 09:02

О дополнительной поддержке развития карабахской породы лошадей в Азербайджанской Республике   подробно...

22 февраля 2017, 09:02

О назначении М.А.Алиевой Первым вице-президентом Азербайджанской Республики   подробно...

21 февраля 2017, 10:02

О награждении медалью «Терегги» работников Открытого акционерного общества «Азеравтойол»   подробно...

21 февраля 2017, 10:02

О присвоении почетного звания «Заслуженный инженер» работникам Открытого акционерного общества «Азеравтойол»   подробно...

21 февраля 2017, 10:02

О предоставлении М.С.Асадову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

14 февраля 2017, 09:02

О назначении Р.Н.Гулузаде министром транспорта, связи и высоких технологий Азербайджанской Республики   подробно...

14 февраля 2017, 09:02

О создании Министерства транспорта, связи и высоких технологий Азербайджанской Республики   подробно...

13 февраля 2017, 09:02

Об усовершенствовании деятельности в пенитенциарной сфере, гуманизации карательной политики и расширении применения мер альтернативного наказания и процессуального принуждения, не связанных с изоляцией от общества   подробно...

13 февраля 2017, 09:02

О дополнительных мерах по строительству автомобильной дороги, ведущей в село Джоджуг Мерджанлы Джебраильского района   подробно...