“Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin müdafiəsi üçün seçici imzalarının toplanması, imza vərəqələrinin və onlara əlavə edilməli olan sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”a dəyişikliklər edilməsinə dair
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Azərbaycan Respublikası qanunvericiliyinin vaxtaşırı təkmilləşdirilməsi və seçki (referendum) münasibətlərinin daha mükəmməl nizama salınması zərurətindən irəli gələrək Azərbaycan Respublikası Seçki Məcəlləsinin tətbiqi və seçkilərin (referendumun) hazırlanıb keçirilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilmiş bir sıra hüquqi aktların təkmilləşdirilməsinə ehtiyac yaranmışdır.
Ona görə də Mərkəzi Seçki Komissiyasının qüvvədə olan “Bələdiyyə seckilərində bələdiyyə üzvlüyünə namizədin müdafiəsi ücün seçici imzalarının toplanması, imza vərəqələrinin və onlara əlavə edilməli olan sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”ının struktur elementləri hissəvi olaraq “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli Konstitusiya Qanununun 30-cu maddəsinə uyğunlaşdırılmalıdır.
Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2006-cı il 14 iyun tarixli 29/111 saylı Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə seçkilərində bələdiyyə üzvlüyünə namizədin müdafiəsi ücün seçici imzalarının toplanması, imza vərəqələrinin və onlara əlavə edilməli olan sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi qaydaları haqqında Təlimat”ın 1.2-ci bəndi müvafiq olaraq nömrələnsin.
2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
30 мая 2014, 09:05
8 января 2015, 09:01
О награждении орденом «Шохрат» А.Д.Ахмедзаде подробно...
7 января 2015, 09:01
О награждении орденом «Шохрат» А.Г.Шарифова подробно...
7 января 2015, 09:01
О дополнительных мерах по улучшению обеспечения населения экологически чистой водой подробно...
30 декабря 2014, 09:12
О награждении орденом «Шохрат» А.Н.Алыева подробно...
30 декабря 2014, 09:12
О помиловании ряда осужденных лиц подробно...
30 декабря 2014, 09:12
О награждении О.С.Асадова орденом «Шараф» подробно...
22 декабря 2014, 09:12
О предоставлении персональных пенсий Президента Азербайджанской Республики подробно...
22 декабря 2014, 09:12
О присвоении почетных званий спортивным специалистам Азербайджанской Республики подробно...
22 декабря 2014, 09:12
О мерах по строительству автомобильной дороги Гусарчай-Пиргулуоба-Ени Хаят Хачмазского района подробно...
22 декабря 2014, 09:12
Участникам Первого съезда азербайджанских ученых подробно...