“İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1131-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1131-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2018-ci il.
1 июня 2018, 09:064 октября 2017, 09:10
О награждении А.И. Везировой «Почетным дипломом Президента Азербайджанской Республики» подробно...
4 октября 2017, 09:10
О предоставлении К.М. Абдуллаеву персональной пенсии Президента Азербайджанской Республики подробно...
4 октября 2017, 09:10
О дополнительных мерах, связанных с продолжением работ по благоустройству и созиданию в городе Гобустан подробно...
4 октября 2017, 09:10
Об успешном участии волейболисток Азербайджана на чемпионате Европы подробно...
22 сентября 2017, 09:09
О награждении Э.И.Гулиева орденом «Азербайджанское знамя» подробно...
20 сентября 2017, 10:09
О предоставлении А.П. Племакову персональной пенсии Президента Азербайджанской Республики подробно...
20 сентября 2017, 10:09
О предоставлении персональной пенсии Президента Азербайджанской Республики работникам нефтяной промышленности Азербайджанской Республики подробно...
20 сентября 2017, 10:09
О награждении работников нефтяной промышленности Азербайджанской Республики подробно...
20 сентября 2017, 10:09
О присвоении почетных званий работникам нефтяной промышленности Азербайджанской Республики подробно...
18 сентября 2017, 10:09
О присвоении почетных званий деятелям культуры Азербайджанской Республики подробно...