“Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1132-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1132-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2018-ci il.
1 июня 2018, 09:0631 декабря 2020, 15:12
Закон Азербайджанской Республики О прожиточном минимуме в Азербайджанской Республике на 2021 год подробно...
31 декабря 2020, 15:12
Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Министерства по чрезвычайным ситуациям Азербайджанской Республики подробно...
29 декабря 2020, 20:12
Распоряжение Президента Азербайджанской Республики О мерах по реализации пилотного проекта по строительству ветряной электростанции с установленной мощностью 240 МВт подробно...
26 декабря 2020, 23:12
Распоряжение Президента Азербайджанской Республики О награждении военнослужащих Вооруженных сил Азербайджанской Республики медалью «За освобождение Джебраила» подробно...
22 декабря 2020, 20:12
Распоряжение Президента Азербайджанской Республики О призыве с 1 по 30 января 2021 года граждан Азербайджанской Республики на срочную действительную военную службу подробно...
16 декабря 2020, 19:12
Распоряжение Президента Азербайджанской Республики О награждении военнослужащих Вооруженных сил Азербайджанской Республики медалью «За Отчизну» подробно...
16 декабря 2020, 19:12
Распоряжение Президента Азербайджанской Республики О присвоении сотрудникам Министерства по чрезвычайным ситуациям Азербайджанской Республики высшего воинского и высшего специального званий подробно...
16 декабря 2020, 19:12
Распоряжение Президента Азербайджанской Республики Об отзыве Э.Т.Абдуллаева с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Федеративной Демократической Республике Эфиопия, Республике Кения, Республике Джибути и Республике Руанда, одновременно с должности постоянного представителя Азербайджанской Республики при Африканском союзе и отделении ООН в городе Найроби подробно...
16 декабря 2020, 19:12
Распоряжение Президента Азербайджанской Республики О назначении Э.Т.Абдуллаева постоянным представителем Азербайджанской Республики при ЮНЕСКО подробно...
16 декабря 2020, 19:12
Распоряжение Президента Азербайджанской Республики О награждении военнослужащих Вооруженных сил Азербайджанской Республики подробно...