Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişikliklər edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nı “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 3 mart tarixli 391 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 3, maddə 172; 2012, № 2, maddə 68, № 5, maddə 426, № 9, maddə 851, № 12, maddə 1248; 2013, № 9, maddə 1063; 2014, № 9, maddə 1033; 2016, № 2, maddə 236; 2017, № 3, maddə 383, № 10, maddə 1782, №11, maddə 2022) ilə təsdiq edilmiş “Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü hissəyə “vəzifəli şəxsləri” sözlərindən sonra “, feldyeger rabitəsinin diplomatik pasport əldə etmək hüququna malik olmayan şəxsi heyətə aid əməkdaşları” sözləri əlavə edilsin.

2. 4.7-ci bənd ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2018-ci il.

1 июня 2018, 09:06

http://www.azertag.az

3231—3240 из 3607

30 мая 2014, 09:05

О мерах по строительству автомобильной дороги Шоркенд-Бешталы-Банкя-Ширванлы Нефтчалинского района   подробно...

29 мая 2014, 13:05

Ограничена возможность получения российского гражданства   подробно...

29 мая 2014, 09:05

О присуждении Государственных премий Азербайджанской Республики в области науки, культуры и литературы за 2014 год   подробно...

27 мая 2014, 13:05

Счётная палата проведёт проверку Министерства налогов   подробно...

27 мая 2014, 12:05

Паромный терминал Бакинского торгового порта будет перенесён в Алят за летние месяцы   подробно...

27 мая 2014, 09:05

О помиловании ряда осужденных лиц   подробно...

26 мая 2014, 16:05

IOTA меняет формат деятельности   подробно...

26 мая 2014, 12:05

Азербайджан и OECD договорились о взаимной административной помощи по налоговым вопросам   подробно...

26 мая 2014, 11:05

Главы МИД Азербайджана, Турции и Туркменистана встретятся сегодня в Баку   подробно...

26 мая 2014, 10:05

О награждении орденом «Шохрат» И.Д.Абасова   подробно...