Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”da dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nı “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli 2358 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1648; 2017, № 8, maddə 1521) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın “Akronimlər” hissəsində “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” sözləri “Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi publik hüquqi şəxs” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2018-ci il.
1 июня 2018, 09:0613 мая 2014, 16:05
Шахин Мустафаев примет участие в XXIII годовом собрании совета управляющих EBRD подробно...
13 мая 2014, 12:05
О награждении орденом «Шараф» Г.И.Абуталыбова подробно...
13 мая 2014, 13:05
О награждении орденом «Достлуг» А.М.Тулеева подробно...
12 мая 2014, 09:05
О награждении сотрудников Фонда Гейдара Алиева медалью «Терегги» подробно...
12 мая 2014, 09:05
О создании в подчинении Министерства связи и высоких технологий Азербайджанской Республики Закрытого акционерного общества «Национальный центр ядерных исследований» для использования ядерных технологий в мирных целях подробно...
8 мая 2014, 14:05
Открыт приём предложений по развитию промышленности в Азербайджане подробно...
8 мая 2014, 09:05
О награждении Мирейи Агуэро де Корралес орденом «Достлуг» подробно...
8 мая 2014, 09:05
О предоставлении Ш.Н.Гасанову персональной пенсии Президента Азербайджанской Республики подробно...
8 мая 2014, 09:05
О назначении М.С.Мамедова главой Исполнительной власти Тертерского района подробно...
7 мая 2014, 17:05
Азербайджанские инспекторы труда вновь взялись за строительный сектор подробно...