“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası”nın təsdiq edilməsi haqqında 
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanının 5.4-cü bəndinə uyğun olaraq qərara alıram:

1. “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin investisiya əməliyyatlarının aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2018-ci il.

1 июня 2018, 09:06

http://www.azertag.az

2811—2820 из 3607

10 февраля 2015, 09:02

Об освобождении А.Н.Аскерова от должности председателя Закрытого акционерного общества «Азербайджан Демир Йоллары»   подробно...

10 февраля 2015, 09:02

О назначении А.Н.Аскерова заместителем министра транспорта Азербайджанской Республики   подробно...

10 февраля 2015, 09:02

О присвоении специального звания советника государственной налоговой службы 1-го ранга Ф.А.Мамедову   подробно...

10 февраля 2015, 09:02

О награждении сотрудников Министерства налогов Азербайджанской Республики   подробно...

10 февраля 2015, 09:02

О присвоении высших специальных званий сотрудникам Министерства налогов Азербайджанской Республики   подробно...

6 февраля 2015, 09:02

Об упразднении Государственного комитета Азербайджанской Республики по земле и картографии   подробно...

5 февраля 2015, 09:02

О проведении 100-летнего юбилея Гамэр Алмасзаде   подробно...

4 февраля 2015, 09:02

О награждении орденом «Шараф» П.Бюльбюльоглу   подробно...

3 февраля 2015, 09:02

О создании Нефтчалинского промышленного квартала   подробно...

3 февраля 2015, 09:02

О награждении юбилейной медалью «70-летие Победы в Великой Отечественной войне 1941-1945 годов» участников из Азербайджанской Республики   подробно...