“Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”a dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

 “Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 7 mart tarixli 326 nömrəli Sərəncamının 3-cü hissəsinin icrası ilə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”ının 1.4-cü bəndində müvafiq dəyişiklik edilməlidir.

Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində həmin dəyişikliklərin rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etməlidir.

Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 75.2-ci, 78.2-ci və 78.3-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci və 28.4-cü maddələrinə uyğun olaraq qərara alır:

1. Mərkəzi Seçki Komissiyasının 2013-cü il 5 iyun tarixli 5/31 saylı Qərarı ilə təsdiq edilmiş “Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”ın 1.4-cü bəndində “İnformasiya Texnologiyaları” sözləri “Yüksək Texnologiyalar” sözləri ilə əvəz edilsin.

2. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.

 

Sədr Məzahir Pənahov

Katib Arifə Muxtarova

Katib Mikayıl Rəhimov

 

30 мая 2014, 09:05

http://www.azertag.net

3281—3290 из 3607

7 мая 2014, 16:05

Государственный таможенный комитет Азербайджана уже выполнил годовой прогноз таможенных сборов на 30,66%   подробно...

7 мая 2014, 11:05

В Азербайджане впервые будут созданы летние школы для учащихся   подробно...

7 мая 2014, 11:05

В апреле более 5 тыс. азербайджанских налогоплательщиков нарушили закон   подробно...

7 мая 2014, 10:05

Издан «Русско-азербайджанский толковый юридический словарь»   подробно...

6 мая 2014, 16:05

Министерство образования проведёт диагностику в бакинских школах   подробно...

6 мая 2014, 14:05

Кредитное соглашение по последнему траншу дорожной MFF 2007 года подписано   подробно...

6 мая 2014, 12:05

Вводятся особые стандарты качества интернета   подробно...

6 мая 2014, 11:05

Изменено положение МЧС Азербайджана   подробно...

6 мая 2014, 09:05

О присвоении Т.Р.Мехтиеву высшего воинского звания генерал-майора   подробно...

6 мая 2014, 09:05

О назначении Т.А.Амирасланова заместителем министра по чрезвычайным ситуациям Азербайджанской Республики   подробно...