“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1116-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1116-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 may 2018-ci il.
24 мая 2018, 08:0519 декабря 2014, 09:12
О награждении орденом «Шараф» А.Ш.Мехдиева подробно...
19 декабря 2014, 09:12
О награждении орденом «Шохрат» Э.А.Мамедова подробно...
19 декабря 2014, 09:12
О создании Государственной службы по охране, развитию и восстановлению культурного наследия при Министерстве культуры и туризма Азербайджанской Республики подробно...
19 декабря 2014, 09:12
О присвоении почетных званий деятелям культуры Азербайджанской Республики подробно...
19 декабря 2014, 09:12
О предоставлении персональных пенсий Президента Азербайджанской Республики подробно...
18 декабря 2014, 09:12
Об успешном участии футбольного клуба «Карабах» в Евролиге подробно...
18 декабря 2014, 09:12
Эмиру Государства Катар Его величеству шейху Тамиму бен Хамаду Аль Тани подробно...
18 декабря 2014, 09:12
О награждении победителей конкурса «Лучший учитель», проведенного в 2013/2014 учебном году подробно...
18 декабря 2014, 09:12
О награждении победителей конкурса «Лучшая общеобразовательная школа», проведенного в 2013/2014 учебном году подробно...
18 декабря 2014, 09:12
Президенту Исламской Республики Пакистан Его превосходительству господину Мамнуну Хусейну подробно...