“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1116-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1116-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 may 2018-ci il.

24 мая 2018, 08:05

http://www.azertag.az

1691—1700 из 3607

20 октября 2017, 09:10

О награждении азербайджанских энергетиков медалью «Терегги»   подробно...

20 октября 2017, 09:10

О присвоении почетных званий группе энергетиков Азербайджана   подробно...

19 октября 2017, 09:10

О награждении Ш.С.Алиева орденом «За службу Отечетству» 2-й степени   подробно...

19 октября 2017, 09:10

О награждении Н.Г.Надирова орденом «За службу Отечеству» 2-й степени   подробно...

16 октября 2017, 09:10

О назначении председателей ряда судов первой инстанции   подробно...

16 октября 2017, 09:10

О назначении судей ряда судов первой инстанции и изменении должностей судей некоторых судов первой инстанции   подробно...

13 октября 2017, 09:10

О предоставлении А.Р.Мамедову персональной пенсии Президента Азербайджанской Республики   подробно...

13 октября 2017, 09:10

О назначении П.О.Шахбазова министром энергетики Азербайджанской Республики   подробно...

13 октября 2017, 09:10

О награждении работников железнодорожного транспорта Aзербайджана медалью «Терегги»   подробно...

13 октября 2017, 09:10

О присвоении почетного звания «Заслуженный инженер» работникам железнодорожного транспорта Азербайджана   подробно...