“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1117-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1117-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 may 2018-ci il.
24 мая 2018, 08:0522 июля 2014, 15:07
Коммунальные, технические и антимонопольные проверки бизнеса ограничены в Азербайджане подробно...
22 июля 2014, 09:07
Энергетический надзор введён в Азербайджане подробно...
22 июля 2014, 09:07
О назначении М.Г.Гурбанлы председателем Государственного комитета Азербайджанской Республики по работе с религиозными образованиями подробно...
21 июля 2014, 16:07
Мубариз Гурбанлы назначен председателем комитета по делам религиозных учреждений подробно...
21 июля 2014, 15:07
Фирудин Гурбанов назначен заместителем министра образования Азербайджана подробно...
21 июля 2014, 09:07
О назначении членов Попечительского совета Фонда знаний при Президенте Азербайджанской Республики подробно...
21 июля 2014, 09:07
О дополнительных мерах по ускорению социально-экономического развития города Ширван подробно...
18 июля 2014, 13:07
Персонал Фонда знаний поставлен на довольствие в Азербайджане подробно...
18 июля 2014, 10:07
Утверждены формы запроса и уведомления о предоставлении муниципальных земель подробно...
17 июля 2014, 16:07
ЦБА изменит сроки исполнения Государственной программы стимулирования безналичных расчётов подробно...