Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi”ndə dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi”ni “Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 iyul tarixli 934 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 7, maddə 799) ilə təsdiq edilmiş “Gənclər üçün Prezident Mükafatının Əsasnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1.2-ci yarımbənddən “və Turizm” sözləri çıxarılsın.
2. 3.1.3-cü yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 3.1.4-cü yarımbənd əlavə edilsin:
“3.1.4. fəaliyyət istiqamətləri üzrə (bu Əsasnamənin 3.1.1–3.1.3-cü yarımbəndlərində göstərilən sahələr istisna olmaqla) – Azərbaycan Respublikasının Gənclər Fondu.”.
3. 3.2-ci, 3.3-cü, 3.4-cü və 4.1.2-ci yarımbəndlərdə “3.1.3” rəqəmləri “3.1.4” rəqəmləri ilə əvəz edilsin.
4. 4.2-ci bənddə “Mədəniyyət və Turizm Nazirliyinin” sözləri “Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun” sözləri ilə, “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2018-ci il.
23 мая 2018, 08:0530 мая 2014, 09:05
О мерах по строительству автомобильной дороги Шоркенд-Бешталы-Банкя-Ширванлы Нефтчалинского района подробно...
29 мая 2014, 13:05
Ограничена возможность получения российского гражданства подробно...
29 мая 2014, 09:05
О присуждении Государственных премий Азербайджанской Республики в области науки, культуры и литературы за 2014 год подробно...
27 мая 2014, 13:05
Счётная палата проведёт проверку Министерства налогов подробно...
27 мая 2014, 12:05
Паромный терминал Бакинского торгового порта будет перенесён в Алят за летние месяцы подробно...
27 мая 2014, 09:05
О помиловании ряда осужденных лиц подробно...
26 мая 2014, 16:05
IOTA меняет формат деятельности подробно...
26 мая 2014, 12:05
Азербайджан и OECD договорились о взаимной административной помощи по налоговым вопросам подробно...
26 мая 2014, 11:05
Главы МИД Азербайджана, Турции и Туркменистана встретятся сегодня в Баку подробно...
26 мая 2014, 10:05
О награждении орденом «Шохрат» И.Д.Абасова подробно...