“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1126-VQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1126-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2018-ci il.
23 мая 2018, 08:056 ноября 2020, 18:11
Указ Президента Азербайджанской Республики Об обеспечении деятельности Азербайджанского инвестиционного холдинга подробно...
29 октября 2020, 19:10
Распоряжение Президента Азербайджанской Республики Об обеспечении деятельности посольства Азербайджанской Республики в Республике Куба (городе Гавана) подробно...
29 октября 2020, 19:10
Закон Азербайджанской Республики Об учреждении посольства Азербайджанской Республики в Республике Куба (городе Гавана) подробно...
7 октября 2020, 21:10
Закон Азербайджанской Республики О переименовании села Мадагиз Тертерского района Азербайджанской Республики в село Суговушан подробно...
28 сентября 2020, 11:09
Указ Президента Азербайджанской Республики Об объявлении военного положения подробно...
28 сентября 2020, 11:09
Постановление Милли Меджлиса Азербайджанской Республики Об утверждении Указа Президента Азербайджанской Республики «Об объявлении военного положения» подробно...
25 сентября 2020, 20:09
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению жилищно-бытовых условий семей вынужденных переселенцев подробно...
24 сентября 2020, 20:09
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по ремонту и строительству автомобильных дорог подробно...
24 сентября 2020, 20:09
Распоряжение Президента Азербайджанской Республики О предоставлении А.П.Гасанову персональной пенсии Президента Азербайджанской Республики подробно...
24 сентября 2020, 20:09
Распоряжение Президента Азербайджанской Республики О присвоении почетных званий сотрудникам Азербайджанского государственного экономического университета подробно...