“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1114 VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1114 VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. Müəyyən edilsin ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin üçüncü hissəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri nəzərdə tutulur.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2018-ci il.
23 мая 2018, 08:0526 мая 2014, 10:05
О присвоении А.Г.Керимову дипломатического ранга чрезвычайного и полномочного посланника второго класса подробно...
26 мая 2014, 10:05
О назначении А.Г.Керимова постоянным представителем Азербайджанской Республики при ЮНЕСКО подробно...
23 мая 2014, 13:05
Об исполнении бюджета Государственного нефтяного фонда Азербайджанской Республики на 2013 год подробно...
22 мая 2014, 11:05
Счётная палата проконтролирует мероприятия по защите окружающей среды подробно...
22 мая 2014, 11:05
Допуск к государственной тайне уточняет Азербайджан подробно...
21 мая 2014, 12:05
Фондовые регуляторы Азербайджана и Польши заключили соглашение о сотрудничестве подробно...
20 мая 2014, 17:05
Министерство туризма готовит новый закон «О туризме» подробно...
20 мая 2014, 13:05
Клятва учителя впервые введена в Азербайджане подробно...
20 мая 2014, 13:05
В Азербайджане учителям официально запретили брать подарки и деньги за оказанные образовательные услуги подробно...
19 мая 2014, 16:05
Монетарная инфляция третий месяц ниже потребительской инфляции в Азербайджане подробно...