“Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1058-VQD nömrəli Qanununun tətbiqi və “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 3 aprel tarixli 1058-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan lisenziya və icazələrin siyahısı barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
3. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 247; 2003, № 10, maddə 546; 2007, № 6, maddə 601; 2008, № 8, maddə 719, № 9, maddə 798; 2014, № 10, maddə 1212, № 12, maddə 1551) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.1-ci bəndə “hissəsində” sözündən sonra “və 36-cı maddəsinin dördüncü hissəsində (hər iki halda)” sözləri əlavə edilsin;
3.2. aşağıdakı məzmunda 2.19-1-ci bənd əlavə edilsin:
“2.19-1. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin dördüncü hissəsində “qurum” dedikdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, o cümlədən onun strukturuna daxil olan qurumlar nəzərdə tutulur;”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2018-ci il.
23 мая 2018, 08:0527 августа 2014, 15:08
Министерства труда и соцзащиты Азербайджана и Турции ведут обмен опытом подробно...
27 августа 2014, 10:08
Технический комитет по метрологии учреждён в Азербайджане подробно...
26 августа 2014, 12:08
Повышены должностные оклады отдельных государственных служащих подробно...
25 августа 2014, 09:08
О награждении военнослужащих Особой службы государственной охраны Азербайджанской Республики подробно...
22 августа 2014, 09:08
Практически каждый второй претендент на место в специализированных лицеях был отсеян подробно...
22 августа 2014, 09:08
О дополнительных мерах по строительству автомобильных дорог Рустов-Ханегях-Гюрдех, Рустов-Нойдюн-Шудуг, Рустов-Меджкехадже, Рустов-Бахчалы-Екдар Губинского района подробно...
21 августа 2014, 12:08
Адресная социальная помощь поставлена под online-надзор подробно...
21 августа 2014, 09:08
О мерах по строительству автомобильной дороги Товуз-Хунанлар-Гараханлы-Дюз Джырдахан Товузского района подробно...
20 августа 2014, 16:08
Европейская комиссия готовит конференцию по экологической безопасности Азербайджана подробно...
20 августа 2014, 09:08
О дополнительных мерах по строительству автомобильной дороги Нода-Шингедулан-Ханегях Лерикского района подробно...