“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununu “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 477; 2001, № 11, maddə 687, № 12, maddələr 731, 736; 2002, № 5, maddə 241, № 6, maddə 328; 2006, № 2, maddə 75; 2007, № 6, maddə 561, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2010, № 4, maddə 275; 2013, № 5, maddə 477; 2016, № 11, maddə 1765) 8-ci maddəsinin beşinci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. birinci cümlə çıxarılsın.

2. ikinci cümlədə “bu müddət ərzində həmin kateqoriyadan olan şəxslərin” sözləri “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2018-ci il.

18 мая 2018, 08:05

http://www.azertag.az

2921—2930 из 3607

18 ноября 2014, 09:11

Участникам Третьего общереспубликанского форума детей   подробно...

17 ноября 2014, 09:11

О мерах по строительству нового здания для полной средней школы номер 20 в Ясамальском районе города Баку   подробно...

17 ноября 2014, 09:11

Президенту Государства Палестина Его превосходительству господину Махмуду Аббасу   подробно...

17 ноября 2014, 09:11

Участникам IV съезда Общественного объединения «Русская община Азербайджана»   подробно...

14 ноября 2014, 09:11

О мерах по строительству Зыхского судоремонтного завода в городе Баку   подробно...

12 ноября 2014, 15:11

Азербайджан отмечает День Конституции   подробно...

11 ноября 2014, 09:11

О присвоении М.М.Гасанову и И.М.Мамедову почетного звания «Заслуженный инженер»   подробно...

11 ноября 2014, 09:11

О награждении медалью «Терегги» группы работников Бакинского метрополитена   подробно...

11 ноября 2014, 09:11

О награждении орденом «Шохрат» С.А.Керими   подробно...

11 ноября 2014, 09:11

О присвоении Б.А.Агарагимову почетного звания «Заслуженный инженер»   подробно...