Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi sahəsində Neftçala rayonunda bir sıra mühüm infrastruktur layihələri həyata keçirilmiş, sənaye və emal müəssisələri açılmış, Mədəniyyət və incəsənət sarayı, Şahmat məktəbi əsaslı təmir olunmuş, təhsil və digər sosial yönümlü obyektlər inşa olunmuş, 24 kənddə sutəmizləyici qurğular quraşdırılmış, yeni yollar çəkilmiş, Kür çayı sahilində Bulvar kompleksi salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Neftçala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Neftçala rayonunun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədi ilə Neftçala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 may 2014-cü il.
30 мая 2014, 09:0526 мая 2014, 10:05
О присвоении А.Г.Керимову дипломатического ранга чрезвычайного и полномочного посланника второго класса подробно...
26 мая 2014, 10:05
О назначении А.Г.Керимова постоянным представителем Азербайджанской Республики при ЮНЕСКО подробно...
23 мая 2014, 13:05
Об исполнении бюджета Государственного нефтяного фонда Азербайджанской Республики на 2013 год подробно...
22 мая 2014, 11:05
Счётная палата проконтролирует мероприятия по защите окружающей среды подробно...
22 мая 2014, 11:05
Допуск к государственной тайне уточняет Азербайджан подробно...
21 мая 2014, 12:05
Фондовые регуляторы Азербайджана и Польши заключили соглашение о сотрудничестве подробно...
20 мая 2014, 17:05
Министерство туризма готовит новый закон «О туризме» подробно...
20 мая 2014, 13:05
Клятва учителя впервые введена в Азербайджане подробно...
20 мая 2014, 13:05
В Азербайджане учителям официально запретили брать подарки и деньги за оказанные образовательные услуги подробно...
19 мая 2014, 16:05
Монетарная инфляция третий месяц ниже потребительской инфляции в Азербайджане подробно...