“Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 12, maddə 445; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddə 687, № 12, maddə 736; 2003, № 1, maddə 16; 2005, № 8, maddə 691; 2007, № 5, maddə 401; 2017, № 6, maddə 1057) aşağıdakı dəyişikliklər edilsin:

1. 3-cü maddənin birinci hissəsinin üçüncü abzasından “işsizliyə görə,” sözləri çıxarılsın.

2. 6-cı maddənin ikinci hissəsinin yeddinci abzası ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 aprel 2018-ci il.

18 мая 2018, 08:05

http://www.azertag.az

3281—3290 из 3607

7 мая 2014, 16:05

Государственный таможенный комитет Азербайджана уже выполнил годовой прогноз таможенных сборов на 30,66%   подробно...

7 мая 2014, 11:05

В Азербайджане впервые будут созданы летние школы для учащихся   подробно...

7 мая 2014, 11:05

В апреле более 5 тыс. азербайджанских налогоплательщиков нарушили закон   подробно...

7 мая 2014, 10:05

Издан «Русско-азербайджанский толковый юридический словарь»   подробно...

6 мая 2014, 16:05

Министерство образования проведёт диагностику в бакинских школах   подробно...

6 мая 2014, 14:05

Кредитное соглашение по последнему траншу дорожной MFF 2007 года подписано   подробно...

6 мая 2014, 12:05

Вводятся особые стандарты качества интернета   подробно...

6 мая 2014, 11:05

Изменено положение МЧС Азербайджана   подробно...

6 мая 2014, 09:05

О присвоении Т.Р.Мехтиеву высшего воинского звания генерал-майора   подробно...

6 мая 2014, 09:05

О назначении Т.А.Амирасланова заместителем министра по чрезвычайным ситуациям Азербайджанской Республики   подробно...