“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 23, maddə 996; 1993, № 23-24, maddə 676; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 251; 2003, № 12, I kitab, maddə 677; 2005, № 4, maddə 291; 2006, № 10, maddə 846; 2007, № 3, maddə 213; 2008, № 6, maddələr 452, 472; 2009, № 1, maddə 4, № 5, maddə 312, № 7, maddələr 514, 515, № 12, maddə 974; 2010, № 3, maddə 174, № 11, maddə 960; 2011, № 11, maddə 992; 2012, № 7, maddə 664, № 11, maddələr 1036, 1048, 1061; 2013, № 5, maddələr 460, 478, № 10, maddə 1143, № 12, maddə 1477; 2014, № 6, maddələr 612, 623; 2015, № 12, maddə 1447; 2016, № 12, maddələr 1979, 2040; 2017, № 1, maddələr 16, 27, № 7, maddə 1311; № 10, maddə 1771, № 11, maddə 1962, № 12, I kitab, maddələr 2242, 2269; Azərbaycan Respublikasının 2018-ci il 13 fevral tarixli 1001-VQD nömrəli və 23 fevral tarixli 1018-VQD nömrəli qanunları) 2-ci maddəsində “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi” yubiley medalı;” hissəsindən sonra aşağıdakı məzmunda yeni hissə əlavə edilsin:

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı;”

Maddə 2. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

Maddə 3. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri” təsdiq edilsin (əlavə olunur).

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2018-ci il.

16 мая 2018, 08:05

http://www.azertag.az

2191—2200 из 3607

1 июля 2016, 09:07

О награждении группы сотрудников Министерства внутренних дел Азербайджанской Республики   подробно...

1 июля 2016, 09:07

О присвоении высших специальных званий офицерам Министерства внутренних дел Азербайджанской Республики   подробно...

30 июня 2016, 09:06

О мерах по устранению ущерба, причинённого населению в результате дождей, выпавших на территории города Гянджа   подробно...

29 июня 2016, 09:06

О мерах, связанных с заменой кровельных покрытий многоквартирных зданий и укреплением материально-технической базы лифтового хозяйства в городе Ширван   подробно...

24 июня 2016, 09:06

О награждении А.Г.Бахшиева орденом «Шохрат»   подробно...

24 июня 2016, 09:06

О награждении Н.Г. Новрузова медалью «Терегги»   подробно...

24 июня 2016, 09:06

О награждении А.Ю.Гараханова орденом «Шохрат»   подробно...

24 июня 2016, 09:06

О смене места работы судьи Тертерского военного суда Э.И.Аллахвердиева   подробно...

24 июня 2016, 09:06

О награждении медалью «Терегги» работников машиностроительной промышленности Азербайджанской Республики   подробно...

24 июня 2016, 09:06

О присвоении почетного звания «Заслуженный инженер» работникам машиностроительной промышленности Азербайджанской Республики   подробно...